Pul saymaq əvəzinə qapıda durdu -FOTO
"Çikaqo Blekhoks" komandasının qapısını mühasibatçı qorumalı olub.
Sportfm.az xəbər verir ki, Milli Hokkey Liqasının oyununda "Vinnipeqa" qarşı (6:2) görüşdə 36 yaşlı mühasibatçı Skott Foster məcburən qapıya keçməli olub. Qarşılaşmadan bir neçə saat əvvəl iş yerində kompyuterin qarşısında əyləşən Foster zədə alan qapıçı Kollin Delianı əvəzləməli olub. Məsələ ondadır ki, klubun əsas qapıçısı oyunun əvvəlində zədə ilə üzləşib, onu əvəz edən Delia isə matçın gedişində özündən gedib və meydançanı tərk etməli olub. Bir zamanlar həvəskar qapıçı olmuş Foster isə klubun iştirak ərizəsində 3-cü qapıçı olduğuna görə oyuna daxil olub.
Qeyd edək ki, Foster qapıda olduğu müddətdə bütün zərbələri dəf edib.
Oxşar xəbərlər
Üçqat dünya çempionu dünyasını dəyişdi - 65 yaşında
Millimizin qapıçısı Azərbaycandan ayrıldı
Kamran Ağayevin qolu gipsə qoyuldu
Manuel Noyer məşqlərə başladı
Oğlu ilə oynadı, dizini zədələdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası