Qran-pridə II gün: Yenə medalsız qaldıq
Gürcüstanın paytaxtı Tiflisdə cüdo üzrə Qran-pri turniri davam edir.
Sportfm.az xəbər verir ki, 38 ölkədən 302 idmançının (183 kişi, 119 qadın) iştirak etdiyi yarışın ikinci günündə millimizin daha 3 üzvü tatamiyə çıxıb.
73 kq
Bu çəkidə 2 həmyerlimiz qüvvəsini sınayıb və heç biri ümidləri doğrultmayıb. Belə ki, Paşa Əliyev 1/16 finalda Sam Van Vestendeyə (Hollandiya) məğlub olub. Mübarizəyə 1/8-dən başlayan Telman Vəliyev isə kiprli Rudolf Kourtides səddini keçə bilməyib.
81 kq
Təmsilçimiz Coşqun Abdullayev 1/8 finalda gürcüstanlı Tamazi Kirakozaşvili ilə münasibətlərinə aydınlıq gətirib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Nəticədə Paşa Əliyev və Telman Vəliyev kimi, Coşqun Abdullayev də ilk görüşdəcə məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, yarışın ilk günü mübarizəyə qoşulan 3 tatami ustamız (Sadiq Məhərrəmov, Oruc Vəlizadə, Elçin Hüseynov) turniri medalsız başa vurub.
Oxşar xəbərlər
Yarışın ilk günündə medalsız qaldıq - Böyük Dəbilqə
Cüdoçularımız Qran-Prini medalsız başa vurdu
Daha iki cüdoçumuz mübarizəni dayandırdı
Cüdoçularımız Böyük Dəbilqə turnirində mübarizəyə başlayır
300 nəfərdən 9-u azərbaycanlı olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamızın Şotlandiya ilə matçının hakimləri bilindi
-
Azərbaycan millisi Litva ilə bərabərə qaldı - Millətlər Liqası
-
Almaniya - Yunanıstan 0:1 - VİDEO
-
"Turan Tovuz" - "Fənərbaxça" oynuna neçə bilet satıldı?
-
Bakıda nəqliyyatın hərəkəti bərpa olundu - Formula 1
-
Türkiyə İtaliyaya qarşı - Millətlər Liqası














Misli Premyer Liqası