Yarışın ilk günündə medalsız qaldıq -Böyük Dəbilqə
Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.
Sportfm.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 4 təmsilçisi mübarizə aparıb.
Kişilərin 60 kiloqram çəki dərəcəsində çıxış edən Rövşən Əliyev 1/16 finalda Mirzohid Mahammadjonova (Özbəkistan), eyni çəkidəki Əhməd Yusifov Anjelo Pantanoya (İtaliya) uduzub.
66 kq çəkidəki Yaşar Nəcəfov ilk görüşdə Raximjon Subhonovun (Özbəkistan) müqavimətini qıra bilməyib. Eyni çəkidə yer alan İbrahim Əliyev isə startda Yanislav Gerçevi (Bolqarıstan) yensə də, 1/8 finalda yaponiyalı olimpiya və ikiqat dünya çempionu Hifumi Abe ilə bacarmayıb.
Beləliklə, ilk gündə tatami üzərinə çıxan təmsilçilərimizin hamısı çıxışını medalsız başa vurub.
“Böyük Dəbilqə” üç gün davam edəcək. Növbəti günlərdə daha 7 kişi cüdoçumuz mübarizəyə qoşulacaq.
Oxşar xəbərlər
“Böyük Dəbilqə”dən 3 medal
4 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
Cüdoçusu yarımfinalda - Böyük Dəbilqə
Daha 5 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
Cüdoçularımız Qran-prinin ilk günündə medal qazana bilmədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası