reklam
Baş məşqçi
Sportfm.az xəbər saytı

Baş məşqçi "Qarabağ"a qol vurdu, komandası uduzdu -Azərbaycanda


Futzal üzrə Birinci Liqada XX turun oyunlarına start verilib. Bakı İdman Sarayında keçirilən qarşılaşmalarda əsasən favoritlər qələbə qazanıb.

Sportfm.az xəbər verir ki, U-17 oyunun əvvəlində sensasiyaya imza atmağa yaxın olsa da, təcrübəsizlik sonda rəqibin lehinə işləyib. “Yeni Günəşli” isə iddialı ADBTİA-dan güclü olub. Ötən tur liderliyi əldən verən “Qarabağ” bu dəfə turu 3 xalla qapayıb. Rəqibin heyətindən 2-ci qolu "İtaldizain"ın baş məşqçisi Rafail Abdulov vurub. Qış fasiləsindən sonra qeyri-sabit nəticələri ilə diqqəti gəlb edən “Green Log” isə “Baku Fans”ı 2 top fərqi ilə yenib.

29 mart
Saat 19:00 U-17 - “Yasamal-2” (1:3) 3:6
Qollar: Nurlan Mehdizadə, 11, Rafael Mütəllimov, 25, Sabir Həsənov, 28 // Həbib Amanov, 10, 23. Rüfət Hüseynov, 12, 15, Vladislav Vorobyov, 18, Anar İsayev, 29
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov
Hakim-inspektor: Elçin Kazımov

Saat 20:00 “Yeni Günəşli” – ADBTİA (0:1) 3:1
Qollar: Comərd Baxşəliyev, 21, Mahsun Qənbərov, 23, Üzeyir Sadıqov, 27 (a/q) // Mirmehdi Rzayev, 5
Sarı vərəqələr: Faiq Babayev, 16, Namik İskəndərov, 29 // Orxan Quliyev, 19, Mirmehdi Rzayev, 26
Qırmızı vərəqə: Taleh Muradov, 22 (ikinci sarı)
Hakimlər: Ramil Namazov, Hikmət Qafarlı
Hakim-inspektor: Tofiq Şükürov

Saat 21:00 “Qarabağ” – “İtaldizain” (2:1) 4:2
Qollar: Tərlan Xəlilov, 14, 29, Kamil Aslanov, 15, Orxan Səfiyaroğlu,19 // Ruzigar İbrahimzadə, 6, Rafail Abdulov 30
Sarı vərəqələr: Eşqin Tağıyev, 14, Saleh Həsənli, 26 
Hakimlər: Əli Cəbrayılov, Yusif Nurullayev
Hakim-inspektor: Tofiq Şükürov

Saat 22:00 “Green Log” – “Baku Fans” (4:2) 5:3
Qollar: İlkin Məmmədov, 5, 10, Mehdi Rəsulov, 8, Amil Əlimirzəyev, 9, Firuz Həsənov, 19 // İbrahim İbrahimov, 3, Məmməd Hüseynəliyev, 15, Nəzir Gözəlov, 25
Sarı vərəqələr: Fazil Atayev, 11, Amil Əlimirzəyev, 15 // Elvin Kərimli, 24
Hakimlər: Yusif Nurullayev, Əli Cəbrayılov
Hakim-inspektor: Müşviq Həsənov

Turun qalan 3 oyunu bu gün keçiriləcək. 
30 mart
Saat 19:00 “Hell Energy” – “Gilan”
Hakimlər: Yusif Nurullayev, Elçin Səmədli
Hakim-inspektor: Kamran Qasımov
Saat 20:00 “Standard” – “Romana”
Hakimlər: Azad Hüseynov, Elçin Səmədli
Hakim-inspektor: Pərviz Əhmədov
Saat 21:00 “Star” – “Baku Fire”
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev
Hakim-inspektor: Pərviz Əhmədov

Oxşar xəbərlər

Bir oyun baş tutmadı
Bu dəfə Olimpik Star lazım olmadı
Veteran futzalçı Azərbaycan Çempionatında 8 qol vurdu
"Standard" və "Gilan" qələbə qazandı - "Qarabağ" Abu Arenada meydana çıxacaq
17 yaşlılarımızın oyunu Nurullayevə tapşırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər