reklam
Bir oyun baş tutmadı
Sportfm.az xəbər saytı

Bir oyun baş tutmadı


Dünən futzal üzrə Birinci Liqada XXI turun 4 oyunu keçirilib. Daha doğrusu, Olimpik Stardakı matçlardan biri oynanılmayıb.

Sportfm.az xəbər verir ki, “Romana” “Hell Energy” ilə duel üçün meydana çıxsa da, oyunu davam etdirməkdən imtina edib. Autsayder oyuna cəmi 4 futzalçı ilə gəlib və kapitan liderlə matç üçün güclərinin kifayət etməyəcəyini qeyd edərək, oyunu davam etdirmək istəmədiklərini bildirib və meydanı icazəsiz tərk ediblər. Buna görə də, oyun baş tutmayıb. Məsələyə İntizam komitəsi baxacaq. Digər oyunlarda isə gözlənilən nəticələr qeydə alınıb. Bir qədər U-17-nin zəif təsir bağışlaması diqqəti cəlb edib. Belə ki, son turlarda hətta iddialı rəqiblərinə belə müqavimət göstərən bu komanda eniş yaşayan “Baku Fans”la bacarmayıb. “Green Log” isə birinci hissədə qazandığı üstünlük sayəsində matçı 3 xalla qapayıb. “Yasamal-2” də növbəti qələbəsini qazanıb.

6 aprel
Saat 18:00 “Romana” – “Hell Energy” (oyun baş tutmayıb)
Hakimlər: Yusif Nurullayev, Elçin Səmədli
Hakim-inspektor: Ələkbər Məmmədov
Saat 19:00 “Gilan” – “Green Log” (0:3) 3:5
Qollar: Rüstəm Qurbanlı 17, 18, Ülvi Hacıyev, 30 // Firuz Həsənov, 7, 8, 28, Fərid Əliyev, 14, Əşrəf Əliyev, 27 
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev
Hakim-inspektor: Ələkbər Məmmədov
Saat 20:00 “Star” – “Yasamal-2” (1:3) 3:7
Qollar: Fuad Xaliqov, 5, 26, Məhəmməd Osmanov, 29 // Həbib Amanov, 4, 22, Vladislav Vorobyov, 4, Rüfət Hüseynov, 11, 19, 23, Vüqar Rəcəbov, 27 
Sarı vərəqə: Əli Süleymanov, 28
Hakimlər: Ramil Namazov, Hikmət Qafarlı
Hakim-inspektor: Elşad Cəfərov
Saat 21:00 “Baku Fans” – U-17 (3:1) 5:2
Qollar:Elvin Kərimli, 4, İbrahim İbrahimov, 12, 13, 22, Nəzir Gözəlov, 27 // Hüseyn Əliyev, 14, Rauf Rüstəmov, 28
Sarı vərəqə: Hüseyn Əliyev, 14
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov
Hakim-inspektor: Elşad Cəfərov
Tura bu gün keçiriləcək oyunlarla yekun vurulacaq. Olimpik Starda baş tutacaq oyunların təqvimini diqqətinizə çatdırırıq:

7 aprel
Saat 18:00 “İtaldizain” – ADBTİA
Hakimlər: Ramil Namazov, Hikmət Qafarlı
Hakim-inspektor: Tofiq Şükürov
Saat 19:00 “Baku Fire” – “Qarabağ”
Hakimlər: Elçin Səmədli, Ramil Namazov
Hakim-inspektor: Tofiq Şükürov
Saat 20:00 “Standard” – “Yeni Günəşli”
Hakimlər: Yusif Nurullayev, Elçin Səmədli
Hakim-inspektor: Elçin Kazımov

Oxşar xəbərlər

Bu dəfə Olimpik Star lazım olmadı
"Qarabağ" 29 top vurdu, lider dəyişdi
“Romana” mövsümdə ilk qələbəsini qazandı
17 yaşlılardan ibarət yığmamız ilk qələbəsini qazandı
17 yaşlılarımızın oyunu Nurullayevə tapşırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər