reklam
Veteran futzalçı Azərbaycan Çempionatında 8 qol vurdu
Sportfm.az xəbər saytı

Veteran futzalçı Azərbaycan Çempionatında 8 qol vurdu


Olimpik Starda futzal üzrə Birinci Liqada XVI turun 4 oyunu keçirilib.

Sportfm.az xəbər verir ki, ən çox qol turun ilk oyununda vurulub. “Yasamal-2”nin böyükhesablı qələbəsinin memarı yenə kapitan olub. Rüfət Hüseynov komandasının 12:1 hesabı ilə qalib gəldiyi oyunda 8 qol vurub. “Baku Fire” isə “Standard”dan güclü olub. Bununla da “Baku Fire” ən azı bir günlük də olsa, turnir cədvəlinin zirvəsinə yüksəlib. Autsayder “Gilan”la “Baku Fans”ın dueli gərgin keçsə də, yenə sevinən tərəf “Baku Fans” olub. Günün mərkəzi oyununda isə ADBTİA 3 xalı 3 qolla aktivinə yazdırıb. 
“Yasamal-2” – “Romana” 12:1
“Baku Fire” – “Standard” 8:3
“Baku Fans” – “Gilan” 4:3
ADBTİA - “Green Log” 3:0
Turun qalan 3 oyunu fevralın 24-də Bakı İdman Sarayında keçiriləcək. 
Saat 19:00 “İtaldizayn” – “Hell Energy”
Hakimlər: Yusif Nurullayev, Ramil Namazov
Hakim-inspektor: Ələkbər Məmmədov
Saat 20:00 “Star” – “Yeni Günəşli”
Hakimlər: Ramil Namazov, Elmir Quluzadə
Hakim-inspektor: Rafiq Pənəhpur
Saat 21:00 “Qarabağ” – U-17
Hakimlər: Hikmət Qafarlı, Yusif Nurullayev
Hakim-inspektor: Sahib Səfərov

Oxşar xəbərlər

Bu dəfə Olimpik Star lazım olmadı
"Qarabağ" 29 top vurdu, lider dəyişdi
17 yaşlılardan ibarət yığmamız ilk qələbəsini qazandı
"Standard" və "Gilan" qələbə qazandı - "Qarabağ" Abu Arenada meydana çıxacaq
“Baku Fire” liderliyə yüksəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər