Futbolçu icazə olmadan futzal çempionatında necə çıxış edir? - PROBLEM
Bu problem uzun illərdir mövcuddur. Ancaq istər AFFA, istərsə də digər qurumlar qətiyyən bu problemin həllinə tələsmirlər.
Sportfm.az saytında dəfələrlə bu məsələ barədə yazılıb. Ancaq görünən odur ki, bizim sadalaqdıqlarımız ölkəmizin futbol funksionerlərini narahat etmir. Yəqin ki, ilk ciddi hadisəyə qədər bu belə olacaq. Söhbət peşəkar futbolçuların futzal çempionatlarında çıxış etməsindən gedir. Bu tendensiya uzun illərdir davam edir. Düzdür, əvvəllər də futbol çempionatlarında çıxış edənlər futzal liqalarında mübarizə aparıb. Eləcə də futzalçılar lazım olanda eyi anda futbol da oynayıblar. Ancaq onda AFFA-da peşəkar futbolçuların lisenziyaları, konkret hansı yarışda çıxış etmələri ilə bağlı çərçivələr yox idi. İndi isə durum tamamilə fərqlidir. AFFA-nın Lisenziyalaşdırma şöbəsində hər bir futbolçunun və futzalçının ayrıca xüsusi lisenziyası mövcuddur. Bu isə o deməkdir ki, peşəkar statusa malik, AFFA-da lisenziyaya sahib olan futbolçu futzal çempionatlarında çıxış edə bilməz. Bu məsələnin hüquqi tərəfi. Bəs, əslində vəziyyət necədir? Hazırda Birinci Divizionda çıxış edən 10-a yaxın futbolçu, futzal üzrə Yüksək, Birinci və İkinci Liqada forma geyinir. Onlar mütəmadi olaraq oyunlarda iştirak edir, qollar vurur. PFL və Futzal Federasiyası isə buna göz yumur. Bu qurumlar sanki bir-birindən xəbərsizdir. Və hər biri ayrı-ayrı ölkələrdə yerləşir. Ötən il yığmamızın üzvü Təmkin Xəlilzadənin futzal liqasında çıxış ilə bağlı xeyli yazılsa da, durum olduğu kimi qalır və belə görünür ki, adları çəkilən qurumların rəsmiləri məsələni yerindən tərpətmək fikrində deyil. Görəsən, 10-15 nəfər futbolçunun adını yoxlamaq bu qədərmi çətindir? Sabah həmin futbolçulardan biri futzal çempionatlarında ciddi zədə ilə üzləşərsə, necə olacaq? Yaxud əksinə. Buna kim cavab verəcək?
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |