• 07:46 Çərşənbə axşamı
    31 Yanvar 2023
  • OLİMPİZM
  • Voleybol
  • Futbol
  • Güləş
  • Cüdo
  • Boks
  • Futzal

  • Uşaq futbolu
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
    • Footvolley
    • Teqball
reklam
reklam
“Pxençan-2018”: 26 ölkənin idmançıları medalçılar sırasında yer aldı

“Pxençan-2018”: 26 ölkənin idmançıları medalçılar sırasında yer aldı

Martın 17-də - “Pxençan-2018” Qış Paralimpiya Oyunlarının doqquzuncu günündə 12 dəst medalın sahibləri müəyyənləşib. Paralimpiadada 26 ölkənin idmançıları medalçılar arasında yer alıblar.

Sportfm.az xəbər verir ki, paralimpiyaçılar dağ xizəkçiliyi, sərbəst xizəkçilik, xokkey və əlil arabasında kerlinq yarışlarında medallar uğrunda yarışıblar.

Atletlər dağ xizəkçiliyinin slalom növündə mübarizə aparıblar. Görmə qabiliyyəti zəif kişilərin yarışlarında italiyalı Qiakomo Bertaqnolli 1 dəqiqə 36 saniyəlik nəticə ilə Paralimpiya çempionu olub. İlk üçlüyü Slovakiya təmsilçisi Yakub Krako və Paralimpiya bayrağı altında çıxış edən rusiyalı Valeri Redkozubov tamamlayıblar.

Kişilərin ayaqüstə mübarizəsində Yeni Zelandiya təmsilçisi Adam Hall 1 dəqiqə 36 saniyəlik nəticə ilə qızıl medal qazanıb. Fransa idmançısı Artur Bauçet gümüş, ABŞ idmançısı Cami Stanton bürünc medala layiq görülüblər.

Oturaq vəziyyətdə kişilərin yarışında xorvatiyalı Dino Sokoloviç 1 dəqiqə 39 saniyəlik göstərici ilə qızıl medal əldə edib. ABŞ idmançısı Teylr Valker və fransalı Frederik Francois ilk üçlüyü tamamlayıblar.

Sərbəst xizəkçilik yarışlarında isə 6 dəst medal sahibini tapıb. Görmə qabiliyyəti zəif kişilərin 10 kilometr məsafəyə klassik yarışlarında kanadalı Brayn MkKiver 23 dəqiqə 17 saniyə nəticə ilə qızıl medala sahib olub. ABŞ atleti Cek Adikof və Belarus idmançısı Yuri Holub ilk üçlükdə yer alıblar.

Kişilər arasında ayaqüstə 10 kilometr məsafəyə klassik yarışlarda yaponiyalı Yoşihiro Nitta 24 dəqiqə 6 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb. Ukraynalı Qriqori Voçinski və Kanada paralimpiyaçısı Mark Arendz ilk üçlüyü tamamlayıblar.

Ayaqüstə 7,5 kilometr məsafəyə qadınların klassik yarışlarında Kanada atleti Natalia Vilkie 22 dəqiqə 12 saniyə nəticə ilə birinci olub. Rusiyalı Yekaterina Rumyantseva gümüş, digər Kanada idmançısı Emili Yonq isə bürünc medal əldə ediblər.

Görmə qabiliyyəti zəif qadınların 7,5 kilometr məsafəyə klassik yarışlarında belaruslu Svetlana Saxanenko 22 dəqiqə 19 saniyə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rusiyalı Mixalina Lisova ikinci, Avstriya xizəkçisi Karina Edlinger isə üçüncü olub.

Kişilərin 7,5 kilometr məsafəyə oturaq vəziyyətdə sərbəst yarışlarında Koreya Respublikasından olan idmançı Eui Hyun Sin 22 dəqiqə 28 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb. ABŞ xizəkçisi Daniel Cnossen yarışı ikinci, ukraynalı Maksim Yarovi isə üçüncü pillədə başa vurublar.

Qadınların 5 kilometr məsafəyə oturaq vəziyyətdə sərbəst yarışlarında ABŞ təmsilçisi Oksana Masters 16 dəqiqə 42 saniyəlik nəticə ilə “Pxençan-2018”in qalibi olub. Almaniyalı Andrea Eskau gümüş, Rusiya idmançısı Marta Zainullina isə bürünc medal qazanıblar.

Paralimpiadanın xokkey yarışlarında üçüncü yer uğrunda görüşdə Koreya Respublikası və İtaliya yığma komandaları qarşılaşıblar. Rəqibini 1:0 hesabı ilə məğlub edən Koreya Respublikası yığması “Pxençan-2018”in bürünc medalına sahib olub.

Əlil arabasında kerlinq yarışlarına yekun vurulub. Belə ki, bürünc medal uğrunda qarşılaşmada Kanada millisi Koreya Respublikasını 5:3 hesabı ilə məğlub edərək turniri üçüncü pillədə başa vurub.

Qızıl medal uğrunda görüşdə isə Çin və Norveç yığmaları üz-üzə gəliblər. Rəqibini 6:5 hesabı ilə məğlub edən Çin millisi Paralimpiadanın qızıl medalına sahib olub.

“Ağ Paralimpiada”nın doqquzuncu gününün yekunlarına görə, ABŞ millisi “Pxençan-2018” Qış Paralimpiya Oyunlarının medal sıralamasında liderliyini davam etdirir. Bu ölkənin hesabında 12 qızıl, 15 gümüş və 8 bürünc medal var. Ümumilikdə 26 ölkədən idmançılar medalçılar arasında yer alıblar.

Rusiya (8-10-6) ikinci, Kanada (8-1-15) üçüncü, Almaniya (6-8-2) dördüncü, Ukrayna (6-7-8) isə beşinci pillədə qərarlaşıb. (azertag.az)

скачать dle 10.4 UTF-8Forex для начинающих

17-03-2018
650
REKLAM
Biz İzləyin
Bizi Telegram-da oxuyun və İzləyin.
Bizi Twitter-da oxuyun və İzləyin.
Bizi İnstagram-da oxuyun və İzləyin.
Bizi Facebook-da oxuyun və İzləyin.
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
7-09-2020
“Tour de France”ın qalibi müəyyənləşdi -
“Tour de France”ın qalibi müəyyənləşdi - Doqquzuncu mərhələ
26-07-2019
"Bakı 2019"un idman gimnastikası yarışlarında beş alət üzrə qaliblər müəyyənləşdi
9-06-2019
Triatlonçumuz Avropa kubokunda gümüş medal qazandı
Triatlonçumuz Avropa kubokunda gümüş medal qazandı
3-05-2019
Triatlonçumuz dünya çempionu oldu -
Triatlonçumuz dünya çempionu oldu - FOTO
16-10-2018
Azərbaycan çempionatının qalibləri müəyyənləşdi -
Azərbaycan çempionatının qalibləri müəyyənləşdi - FOTO
29-05-2018
Paralimpiyaçılarımız Avropa çempionatında daha iki medal qazandı -
Paralimpiyaçılarımız Avropa çempionatında daha iki medal qazandı - FOTO
23-05-2018
Azərbaycan millisi bütün rəqiblərinə qalib gəldi -
Azərbaycan millisi bütün rəqiblərinə qalib gəldi - FOTO
7-05-2018
Triatlonçumuzdan qızıl medal
Triatlonçumuzdan qızıl medal
2-04-2018
Azərbaycanlı Pevtsov və Levkovskaya Afrikada yarışdı
Azərbaycanlı Pevtsov və Levkovskaya Afrikada yarışdı
10-03-2018
“Pxençan-2018”:
“Pxençan-2018”: 15 ölkədən idmançılar medalçılar arasında yer alıblar
30-10-2017
Koreyaya getdi, gümüş medal qazandı - Azərbaycanlı idmançıdan böyük uğur
Koreyaya getdi, gümüş medal qazandı - Azərbaycanlı idmançıdan böyük uğur
11-09-2017
Güləşçilərimiz dünya çempionatında 10 medal qazanıblar
Güləşçilərimiz dünya çempionatında 10 medal qazanıblar
18-09-2016
Rio-2016: Yığmamız daha bir medal qazandı
Rio-2016: Yığmamız daha bir medal qazandı
12-09-2016
Azərbaycan Rioda daha bir medal qazandı
Azərbaycan Rioda daha bir medal qazandı
10-09-2016
Paralimpiya oyunlarında növbəti gümüş medal
Paralimpiya oyunlarında növbəti gümüş medal
  Xəbər lenti
Kaan Ayhan "Qalatasaray"da - RƏSMİ 30.01.2023, 23:46
“Kəpəz” rəhbərliyi nazirlə görüşdü - FOTO 30.01.2023, 22:30
"Sumqayıt" 2-1 "Turan Tovuz" - VİDEO 30.01.2023, 21:42
Güləş millimizin heyəti açıqlandı - Reytinq turniri 30.01.2023, 20:44
“Sumqayıt” “Turan Tovuz”u məğlub etdi - Misli Premyer Liqası 30.01.2023, 20:33
Ovusu Kvabena "Ferensvaroş"da - RƏSMİ 30.01.2023, 20:32
“Qarabağ” – “Şamaxı” matçı 5 manata - Misli Premyer Liqası 30.01.2023, 19:33
"Fənərbaxça"da niderlandlı futbolçu - TRANSFER 30.01.2023, 19:31
“Sumqayıt” “Turan”a qarşı – YENİLƏNİR 30.01.2023, 18:03
BÜTÜN XƏBƏRLƏR
Misli Premyer Liqası
№ Komanda o x
1 Qarabağ  19 53
2 Sabah 19 46
3 Neftçi 19 38
4 Zirə 19 31
5 Qəbələ  19 26
6 Turan 19 17
7 Şamaxı 19 16
8 Kəpəz 19 13
9 Sumqayıt  19 12
10 Səbail 19 10
Ətraflı
5-01-2023
"Həmin qətl hadisəsindən sonra istər valideynlər, istərsə də, idmançılar sarsıntı keçirirdi" - MÜSAHİBƏ
11-01-2023
Azərbaycanda uşaq futboluna dair önəmli vəsait
Azərbaycanda uşaq futboluna dair önəmli vəsait
19-01-2023
Azərbaycanda valideynlərin hesabına yaşayan futbol klubu -
Azərbaycanda valideynlərin hesabına yaşayan futbol klubu - DİQQƏT
27-01-2023
"Leon Baku" FC güclənir - Uşaq futbolu
3-01-2023
Azərbaycanda hansı stadion Pelenin adına olacaq?
Azərbaycanda hansı stadion Pelenin adına olacaq?
3-01-2023
Təmkin Xəlilzadə yeni klubda
Təmkin Xəlilzadə yeni klubda
21-01-2023
Vüqar Nadirov özünə yaraşmayan yerdə -
Vüqar Nadirov özünə yaraşmayan yerdə - Rəylər
31-12-2022
Biabırçılıq:
Biabırçılıq: Milliyə çağırılan 30 futbolçunun 21-i lipa çıxdı
10-01-2023
"Sabah"ın baş məşqçisi PRO dərəcəsi aldı
17-01-2023
“Misli”nin Azərbaycanda fəaliyyətə başlamasından 1 il keçir
“Misli”nin Azərbaycanda fəaliyyətə başlamasından 1 il keçir
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz-Naxçıvan 13 37
2 EKOL 13 30
3 Neftçi İK 13 25
4 Baku Fire 13 22
5 Record club.az 13 12
6 Alyans 13 12
7  U-19 13 9
8 Xilə 13 6
       
       
Ətraflı
№ Komanda o x
1 Araz Naxçıvan 5 15
2 MOİK 5 11
3 Turan Tovuz-2 4 9
4 Qəbələ-2 5 9
5 Neftçi-2 4 9
6 Qarabağ-2 5 7
7 Zirə-2 4 7
8 Şamaxı-2 5 7
9 Qaradağ Lökbatan 5 6
10 Mingəçevir 5 6
11 Səbail-2 4 6
12 Zaqatala 5 6
13 Sumqayıt-2 4 3
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb