Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İspan polisi “Çelsi”nin azarkeşlərini döydü
Çempionlar Liqasının 1/8 finalında keçirilən "Barselona" - "Çelsi" oyunundan sonra insident yaşanıb.
Sportfm.az xəbər verir ki, insidenti "Çelsi" azarkeşləri törədib. Məlumata görə, qarşılaşmadan sonra ingilis fanatlarla ispan polisi arasında qarşıdurma olub.
Polis cavab tədbirləri görmək məcburiyyətində qalıb. İngilis azarkeşlər ispan polisin dubinka zərbələrinə tuş gəlib.
"Çelsi"nin mətbuat xidməti zərərçəkmiş azarkeşlərə müraciət edərək, hadisə barədə kluba məlumat vermələrini xahiş edib. Rəhbərlik araşdırma aparılacağını və insidentin İspaniya hakimiyyətinin diqqətinə çatdırılacağını bildirib.
Xatırladaq ki, görüşdə 3:0 hesabıyla qalib gələn "Barselona" 1/4 finala vəsiqə qazanıb.
Oxşar xəbərlər
“İnter” azarkeşləri ilə polis arasında qarşıdurma
Bilet satışından bir milyon gəlir - Çempionlar Liqası
İstanbulda ingilis finalı - Çempionlar Liqası
İngilis azarkeşlər Madridi dağıtdı - FOTO
İngilis azarkeşlər Madriddə həb edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası