reklam
Görün, UEFA nəyə görə klubu cəzalandırır -
Sportfm.az xəbər saytı

Görün, UEFA nəyə görə klubu cəzalandırır -FOTO


Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bavariya" ilə qarşılaşan və 1:3 hesabı ilə uduzan "Beşiktaş" UEFA tərəfindən cəzalandırılacaq.

Sportfm.az xəbər verir ki, buna səbəb İstanbul klubunun stadionda təhlükəsizlik tədbirlərinə əməl etməməsidir.

Qitənin ali futbol qurumunun raportunda tribunalar arasında keçidlərin tutulması, meydana kənar əşyaların atılması və s. nöqsanlar yer alıb. Maraqlıdı ki, sözügedən raportun sonuncu bəndi meydana pişik girməsi ilə bağlıdır. Matçın baş hakimi oyun zamanı meydançaya girən pişiyə görə matçı bir neçə dəqiqəlik saxlamağa məcbur olmuşdu.

Qeyd edək ki, iki komanda arasındakı ilk oyun Münhen klubunun 5:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Oxşar xəbərlər

“Qəbələ” azarkeşsiz qaldı - QƏRAR
Oyun pişiyə görə dayandırıldı - FOTO
"Qarabağ"ı hansı cəza gözləyir? - klubdan açıqlama
UEFA Türkiyə klubunu cəzalandırdı
Premyer Liqanın klubuna iş açıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər