“Qəbələ” azarkeşsiz qaldı -QƏRAR
Azərbaycan Premyer Liqasının XIII turunun “Qəbələ” – “Zirə” matçı meydan sahiblərinin azarkeşləri olmadan keçiriləcək.
Sportfm.az xəbər verir ki, bu qərar AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında verilib.
Bildirilib ki, Premyer Liqanın XII turunun “Sabah” –“Qəbələ” oyununda qonaq komandanın azarkeşlərinin törətdikləri ictimai təhlükəli əməllərə (iğtişaş törədilməsi, meydana kənar əşyaların atılması və stadiona zərər vuraraq oturacaqların sındırılması faktı) görə, “Qəbələ” klubunun azarkeşlərinin stadiona girişinə bir oyunluq məhdudiyyət qoyulub.
Bu səbəbdən çempionatın XIII turunda keçiriləcək “Qəbələ” – “Zirə” oyununda birincilərin azarkeşlərinin stadiona girişi qadağan edilib.
Bundan əlavə, “Sabah” – “Qəbələ” oyununda hər iki komandanın azarkeşləri arasında kütləvi şəkildə intizamsızlıq baş verərək iğtişaş törədildiyinə görə klublar ayrı – ayrılıqda 4000 manat cərimə olunublar.
Həmin oyunda qonaq azarkeşlər tərəfindən qaçış zolağına kənar əşyaların atılmasına görə “Qəbələ” klubu daha 1600 manat xərcə düşüb.
Azarkeşlər tərəfindən stadionda 73 ədəd plastik oturacağın sıradan çıxarılması səbəbindən dəymiş ziyan “Qəbələ” tərəfindən tam ödənilməlidir.
Oxşar xəbərlər
"Qarabağ"dan meydançaya kənar şəxslər daxil oldu və klub cərimələndi...
"Qarabağ" "Sabah"a dəymiş ziyanı ödəyəcək - Qərar
“Turan Tovuz” 4000 manat cərimə edildi - Azarkeşlərə görə
Vüsal İsgəndərli oturacaq sındırdı, “Sumqayıt” ziyana düşdü
AFFA klubları cərimələdi - İntizam Komitəsinin qərarları
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino














Misli Premyer Liqası