"Shamkir Chess 2018"in keçiriləcəyi tarix müəyyənləşdi
Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2018" beynəlxalq superturnirin tarixi müəyyənləşib.
Sportfm.az xəbər verir ki, bu barədə mərhum qrossmeysterin qardaşı Sərxan Həşimov məlumat verib. O bildirib ki, beşinci dəfə təşkil olunacaq yubiley turniri 18 - 29 apreldə Şəmkirdə keçiriləcək.
S.Həşimovun sözlərinə görə, yarışa FİDE reytinqində ən yaxşı göstəriciyə malik şahmatçılar dəvət alacaqlar: “Yubiley turnirində Maqnus Karlsenlə yanaşı, dünyanın bir çox aparıcı qrossmeysterlərinin, FİDE reytinqində ikinci sırada qərarlaşan Şəhriyar Məmmədyarovun, eləcə də Teymur Rəcəbov və Rauf Məmmədovun iştirakı gözlənilir”.
Qeyd edək ki, Şəmkirdə təşkil olunan əvvəlki 4 turnirdən 2-də Maqnus Karlsen, 2-də isə Şəhriyar Məmmədyarov çempion olub.
Oxşar xəbərlər
Şəmkirdə çempion olan 100 min avro qazanacaq
Rəcəbov Topalova, Məmmədyarov Karlsenə qarşı
Dünya şahmatının liderləri Şəmkirə toplaşacaq
“Shamkir Chess-2018” super şahmat turnirinin iştirakçıları müəyyənləşdi
“Shamkir Chess-2018” super turnirinin keçiriləcəyi vaxt müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kökçü millinin heyətindən çıxarıldı
-
15 oyunun vaxtı açıqlandı - I Liqa
-
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi - Premyer Liqa
-
"Bir neçə futbolçumuzun başqa peşəsi var" - Konrad Fünfştük
-
"Litva və Lixtenşteyn tamamilə fərqli futbol oynayır" - Ayxan Abbasov















Misli Premyer Liqası