Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
467 cüdoçu, 16 qalib -VİDEO
"Sərhədçi" Olimpiya İdman Mərkəzində start götürən U-21 gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub.
Sportfm.az xəbər verir ki, ölkə birinciliyi oğlanlar və qızlar arasında 8 çəki dərəcəsində keçirilib.
Azərbaycan birinciliyində fərqlənən gənc cüdoçulara diplom və medallar təqdim olunub. İki gün davam edən respublika birinciliyində ümumi medal sayında “Judo Club 2012” klubu birinci, “Atilla İdman Klubu” İB ikinci, “Qəbələ” klubu isə üçüncü olub.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda ümumilikdə 64 klubdan 467 (408 oğlan, 59 qız) gənc cüdoçu mübarizə aparıb.
Oxşar xəbərlər
Xumar və Səbinə qalib oldular - Azərbaycan birinciliyinin
Azərbaycan birinciliyində ilk günün qalibləri müəyyənləşdi - FOTO
Azərbaycan birinciliyinə yekun vuruldu
"Neftçi" yeni birincidir - Azərbaycan birinciliyi başa çatdı
Cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vuruldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası