Azərbaycan birinciliyinə yekun vuruldu
“Sərhədçi” Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub.
Sportfm.az xəbər verir ki, yarışda 80 klubdan 612 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Respublika birinçiliyində fərqlənən yeniyetmələrə medallar, Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının fəxri fərmanları və diplomları təqdim olunub. Medalların əyarına görə komanda yarışının qalibləri də müəyyənləşib. Ümumi hesabda daha yaxşı nəticə göstərən "Neftçi İdman Klubu" 1-ci yerə layiq görülüb. "Cüdo 2012" klubu 2-ci, "Balaxanı Olimpiya İdman Kompleksi"nin komandası isə 3-cü yeri tutub.
Qeyd edək ki, yeniyetmə cüdoçuların ölkə birinciliyində fərqlənənlər milli komandanın heyətinə cəlb olunacaqlar.
Oxşar xəbərlər
Azərbaycan birinciliyinə yekun vuruldu - FOTO
"Neftçi" yeni birincidir - Azərbaycan birinciliyi başa çatdı
Cüdoçular arasında Azərbaycan birinciliyi davam edir - FOTO
Yeniyetmə cüdoçular arasında ölkə birinciliyinə yekun vuruldu
Bakı birinciliyinin ilk gününə yekun vuruldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası