Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi
Fevralın 20-də Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkilatçılığı ilə 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş ölkə çempionatı start götürüb.
Sportfm.az xəbər verir ki, turnirin açılış mərasimində çıxış edən federasiyanın vitse-prezidenti Fazil Məmmədov çempionatın cari ildə ASTF-in keçirdiyi ilk rəsmi tədbir olduğunu vurğulayıb. Ötən il stolüstü tennisçilərimizin mühüm nailiyyətlər qazandıqlarını vurğulayan F.Məmmədov deyib ki, müstəqil Azərbaycan tarixində stolüstü tennis üzrə gənclər arasında ilk Avropa çempionumuz var. Artıq bir tennisçimiz 2018-ci il Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Federasiyanın bu il üçün də tədbirlər planı olduqca zəngindir. Stolüstü tennisçilərimiz yerli və beynəlxalq yarışlarda iştirak edəcəklər.
Azərbaycan dövlətinin ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafına yüksək diqqət və qayğı göstərdiyini qeyd edən federasiyanın vitse-prezidenti bildirib ki, ölkəmizin idman imicinin yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, bölgələrdə müasir idman infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər görülüb.
Çempionatda respublikanın şəhər və rayonlarından 120-dən çox idmançı iştirak edir. Bakı, Sumqayıt, Şəki, Şirvan, Salyan, Gədəbəy, Samux və digər rayonların idmançıları şəxsi, komanda, qoşa və qarışıq qoşa kateqoriyalarında mübarizə aparacaqlar. Ölkə çempionatına fevralın 23-də yekun vurulacaq.
Oxşar xəbərlər
Stolüstü tennis üzrə Azərbaycan çempionatı başladı
Azərbaycan kuboku yarışlarına yekun vuruldu - FOTO
Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək
Azərbaycan Kuboku uğrunda yarışlar başladı
Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verildi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası