
Azərbaycan kuboku yarışlarına yekun vuruldu - FOTO
Oktyabrın 25-də gənclər və yeniyetmələr arasında stolüstü tennis üzrə Azərbaycan kuboku yarışlarına yekun vurulub. Turnirdə müxtəlif idman məktəbləri, klub və cəmiyyətlərdən 100-dək stolüstü tennisçi fərdi və qoşa yarışlarda mübarizə aparıb.
Sportfm.az xəbər verir ki, yekun nəticələrə görə, gənclər arasında həm fərdi, həm də qoşa yarışlarda Nəzakət Qarayeva və İbrahim Ansari birinci yeri tutublar. Qarışıq qoşa yarışlarda İbrahim Ansari – Zemfira Mikayılova ən yaxşı nəticə göstəriblər.
Yeniyetmələrin fərdi yarışlarında qızlar arasında Ləman Abdulhəmidova, oğlanlar arasında isə Kənan Pənahov qızıl medal qazanıblar. Qızların qoşa yarışlarında Ləman Abdulhəmidova – Fidan İranpur fərqləniblər. Emin Məmmədov – Xaliq Becanov isə oğlanlar arasında ən güclü cütlük olub. Qarışıq qoşa yarışlarda Ləman Abdulhəmidova – Hacımurad Məmmədbəyov fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.
Turnir başa çatdıqdan sonra mükafatlandırma mərasimi olub. Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov qalibləri təbrik edib. İdmançılara Gənclər və İdman Nazirliyinin diplomları, federasiyanın kubok, medal və mükafatları təqdim olunub.

№ | Komanda | o | x |
1 | Qarabağ | 27 | 71 |
2 | Sabah | 27 | 62 |
3 | Neftçi | 27 | 56 |
4 | Zirə | 27 | 37 |
5 | Qəbələ | 27 | 36 |
6 | Turan | 27 | 28 |
7 | Kəpəz | 27 | 22 |
8 | Sumqayıt | 27 | 21 |
9 | Şamaxı | 27 | 20 |
10 | Səbail | 27 | 18 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |