Qurban Qurbanov:Onlar xətaya yol verdilər
Bu gün saat 20:00-da Bakı Olimpiya Stadionunda Azərbaycan və Belarus milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Sportfm.az xəbər verir ki, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında yığmamızın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Araz Abdullayev və Elvin Yunuszadə heyətdə yox idi.
- Onlar kiçik xətaya yol verdilər, ona görə də heyətdə yox idilər.
- Nədən narazı qaldınız?
- Nəticədən və təkbətək mübarizələrdən. Buna vaxt ayırmaq lazımdır.
- Araz və Elvin Antalyaya gedəcək?
- Ola bilər biri getsin, biri getməsin. Bunu otelə döndükdə biləcəm.
- U-21 millimizin Kosovo ilə oyununu izlədiz?
- Bəli, oyunu canlı izlədim. Açığı oyundan razı qaldım. Kənardan bir qədər fərqli görünə bilər. Məşqçinin istədiyi yerinə yetiriləndə, biz razı qalırıq. Hava şəraiti də yaxşı deyildi. Ancaq matçda oyun intizamını gördüm. Bəzi təkbətək mübarizələrdə məğlub olurdular. Lakin oyun intizamı var idi. Futbolçular topsuz vəziyyətlərdə də nə etməli olduqlarını bilirdilər. İnşallah, hər şey yaxşılığa doğru gedəcək.
- Rəşad Sadıqova əvəzləyici axtarılırmı?
- Ona əvəzləyici axtarılır demək düzgün olmazdı. Biz hər bir oyunçu üzərində oyun qururuq. Ola bilsin ki, sabah Rəşada ehtiyac duyduq və onu geri qaytardıq. Bu mümkündür.
- Sadıqov fiziki olaraq bu qədər işi çatdıra bilməsə və uğur qazanmasa sizi günahlandırmayacaqlar ki?
- O çox çalışır. İşinin öhdəsindən layiqincə gəldiyindən əmin olduğumuz üçün onu təyin etmişik. Biz uğursuzluqdan qorxmuruq.
- İlk hissədəki komanda, yoxsa fasilədən sonrakı heyətin çıxışını bəyəndiniz?
- İlk hissənin ortalarına qədər oynayan heyəti daha çox bəyəndim. Sonra dəyişikliklər çox oldu və sistem pozuldu.
Oxşar xəbərlər
"Olimpiakos" bizi daha yaxşı tanıyır" - Qurban Qurbanov
"Oyundan və nəticədən razı qaldım" - Qurban Qurbanov
Qurban Qurbanov niyə Elvini cəzalandırdı, Arazı bağışladı? – SƏBƏB
Qurban Qurbanov: Bu xoş deyildi
Qurban Qurbanov: Daha çox xal toplaya bilərdik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası