reklam
Sportfm.az xəbər saytı

"Ağ Olimpiada" başlanır -FOTO


İki gündən sonra, fevralın 9-da Cənubi Koreyanın Pxençxan şəhərində  23-cü Qış Olimpiya və Paralimpiya Oyunları başlanacaq.

Sportfm.az xəbər verir ki, fevralın 25-dək davam edəcək "Ağ Olimpiada"da 92 ölkənin idmançıları medallar uğunda yarışacaqlar.

Rusiya yığmasına Olimpiya Oyunlarına əlahiddə komanda və bayraqla təmsil olunmaq yasaqlandığından rusiyalı idmançılar 15 növdə "Rusiyadan Olimpiya atletləri" adlı komanda formasında mübarizə aparacaqlar.

Phönçhandakı Qış Olimpiya oyunlarının talismanı "Suhoran" adlı pələng balası, Paralimpiya Oyunlarının simvolu isə "Pandabi" adlı ayı balasıdır.

Azərbaycan 1996-cı ildən bəri qatıldığı Qış Olimpiya Oyunlarında bu dəfə, sadəcə, bir idmançı ilə təmsil olunacaq. Həmin idmançı dağ xizəkçilik yarışlarında mübarizə aparacaq, əslən Avstriyadan ola Patrik Brahnerdir.

Qeyd edək ki, Pxençxan Olimpiadasındakı yarışlar "İdman Azərbaycan" telekanalında nümayiş olunacaq.

Oxşar xəbərlər

Fərid Mansurov Cənubi Koreyada - FOTO
Şimali Koreya Pxençanda keçiriləcək Paralimpiya Oyunlarına dəvət olundu
Azərbaycanın Qış Olimpiadasında iştirak şərtləri açıqlandı
Rusiyalı idmançılar Olimpiya Oyunlarında çıxış edəcək - Neytral statusla
“Pxençan-2018” Qış Olimpiya Oyunlarına biletlərin 60 faizi satılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər