reklam
“Pxençan-2018” Qış Olimpiya Oyunlarına biletlərin 60 faizi satılıb
Sportfm.az xəbər saytı

“Pxençan-2018” Qış Olimpiya Oyunlarına biletlərin 60 faizi satılıb


Gələn ilin fevralında Cənubi Koreyanın Pxençan şəhərində keçiriləcək Qış Olimpiya Oyunları üçün biletlərin 60 faizi satılıb.

Sportfm.az xəbər verir ki, idmansevərlər “Pxençan-2018”in yarışlarını izləmək üçün satışa çıxarılan 1 milyon 70 min biletdən 655 minini artıq alıblar. Ayrı-ayrı yarışlara gəldikdə, ən çox bilet (81 faiz) dağ-xizək yarışlarına satılıb. Olimpiya Oyunlarının fevralın 9-da baş tutacaq açılış mərasimi üçün satışa çıxarılan biletlərin 67 faizi alınıb.

Martın 9-18-də Pxençanda keçiriləcək Qış Paralimpiya Oyunları üçün isə hələlik 37 faiz bilet satılıb.

Fevralın 9-dan 25-dək keçiriləcək növbəti Qış Olimpiya Oyunlarında idmançılar rekord sayda – 102 dəst medal uğrunda mübarizə aparacaqlar.

Oxşar xəbərlər

“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?
DÇ-2018: Nə qədər bilet satılıb?
"Ağ Olimpiada" başlanır - FOTO
Azərbaycanın Qış Olimpiadasında iştirak şərtləri açıqlandı
"Bakı 2017" İslam Həmrəyliyi Oyunlarına nə qədər bilet satılıb?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər