reklam
Yığmamıza 4 qol vuran futzalçı:
Sportfm.az xəbər saytı

Yığmamıza 4 qol vuran futzalçı:Bombardir olmaq maraqlıdır


Çox gözəl qələbə qazanaraq, hamıya mesaj göndərdik.

Sportfm.az report.az-a istinadən xəbər verir ki, bunu Portuqaliya yığmasının futzalçısı Rikardinyo Avropa çempionatının 1/4 finalında Azərbaycan millisi üzərində 8:1 hesablı qələbəni şərh edərkən deyib.

O, qarşılaşmada 4 dəfə fərqlənərək "poker"ə imza atıb. Bununla da Rikardinyo Avropa çempionatları tarixində vurduğu qolların sayını 21-ə çatdırıb və turnir tarixində ən yaxşı bombardir olub. Portuqaliyalı ulduz rusiyalı Konstantin Yeryomenkonun 17 illik rekordunu qırmasına belə münasibət bildirib:

"Yeremenko kimi yaxşı oyunçunu geridə qoyaraq, Avropa çempionatları tarixində bombardir olmaq maraqlıdır. Lakin futzal hər zaman bizə daha yaxşı işlər görmək üçün şərait yaradır".

Qeyd edək ki, Rikardinyonun Rusiya yığmasına qarşı keçiriləcək yarımfinal matçında öz göstəricisini yaxşılaşdırmaq imkanı olacaq. Matç fevraln 8-də keçiriləcək.

Oxşar xəbərlər

Kristiano Ronaldodan yeni rekord - Ən çox qol vuran futbolçu
Ramosdan yeni rekord - TOP-5
Bundesliqada yeni rekord
Futzal AÇ-2018: Portuqaliya Avropa çempionudur
Rikardinyo Zaur Axundovla insidentdən danışdı: Qarşılaşmadan sonra bildim ki... EKSKLÜZİV

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər