Kristiano Ronaldodan yeni rekord -Ən çox qol vuran futbolçu
AÇ-2020-nin qrup mərhələsi çərçivəsində baş tutan Fransa ilə oyun Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo üçün əlamətdar olub.
Sportfm.az xəbər verir ki, o, bu görüşdə dubl etməklə Portuqaliya yığmasında vurduğu qolların sayını 109-a çatdırıb.
Bununla da 36 yaşlı futbolçu millidə ən çox qol vuran futbolçuların siyahısında zirvəyə şərik çıxıb. Buna qədər ölkəsinin əsas komandasında ən çox qol vurmuş futbolçu Əli Daei idi.
Bundan başqa, Ronaldo dünya və Avropa çempionatlarında vurduğu qolların sayını da 21-ə çatdırıb. Bu isə yeni rekord deməkdir. Əvvəlki rekord Almaniya yığmasının sabiq hücumçusu Miroslav Klozeyə məxsus idi – 19 qol. Portuqaliyalı futbolçu 21 qoldan 7-sini mundialda, qalanını isə qitə birinciliklərində vurub.
Qeyd edək ki, Portuqaliya – Fransa matçında məhsuldar heç-heçə qeydə alınıb – 2:2.
Sonda onu da xatırladaq ki, Kristiano Ronaldo bu AÇ-də forma geyinməklə həm də 5 ayrı Avropa çempionatında oynamış ilk futbolçu kimi tarixə düşüb.
Oxşar xəbərlər
Daei Ronaldonu təbrik etdi - "Bu uğurun ona qismət olmasından qürur duyuram”
Ronaldo Rui Kostanı geridə qoydu - Rekord yenilədi
Ronaldodan yeni rekord
Ronaldodan bir oyuna iki rekord
Ronaldo Fiqunun rekorduna şərik oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası