Rikardinyo Zaur Axundovla insidentdən danışdı: Qarşılaşmadan sonra bildim ki...EKSKLÜZİV
Sloveniyada keçirilən futzal üzrə Avropa Çempionatı davam edir. Artıq yığmamız turnirin 1/4 final mərhələsində Portuqaliyaya 1-8 hesabı ilə uduzaraq, vətənə qayıdıb. Bu oyunda yığmamızın üzücü məğlubiyyəti ilə yanaşı, ikinci hissənin əvvəllərində baş verən xoşagəlməz hadisə belə görünür ki, hələ çox müzakirə ediləcək. Həmin epizodda Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov kobudluqla durdurulan portuqaliyalı ulduz futzalçı Rikardinyo ilə mübahisə edərək, onu itələmişdi. Sportfm.az saytı "Riki" ilə danışmağı bacarıb. Hadisə ilə bağlı saytımıza açıqlama verən ulduz oyunçu heç kimdən incimədiyini bildirib:"Düzdür, futzalda belə şeylər olur. Ancaq mən ilk dəfə belə hadisə yaşayırdım. Orda mənə qarşı qayda pozuntusu vardı. Topu qoyub cərimə zərbəsi ilə oyuna davam etmək istəyirdim, bu vaxt rəqibin baş məşqçisi Alesio kənardan mənim nədən simulyasiya etdiyimi soruşdu. Ona etiraz etdim, hakimin hər şeyi gördüyünü dedim". Portuqaliyanın kapitanı əsas hadisələrin məhz bundan sonra cərəyan etdiyini vurğulayır:"Biz Alesio(yığmamızın baş məşqçisi) ilə mübahisə edərkən, kənardan bir nəfər iri cüssəli adam yaxınlaşıb ingiliscə nəsə deyərək, məni itələdi. Açığı, bunu gözləmirdim. Orda kənar şəxslərin olmadığını bilirəm. Mən də cavab olaraq onu itələdim. Bu vaxt hakimlər və digər oyunçular bizi sakitləşdirdi. Qarşılaşmadan sonra bildim ki, həmin şəxs federasiya prezidenti imiş. Mən heç kimdən incimirəm. Bu idmandır, hər kəs qalib gəlmək istəyir".
Qeyd edək ki, hazırda aktivində 5 qol olan Rikardinyo AÇ-2018-in bombardirlər siyahısına başçılıq edir. O, 21 qolla AÇ-nin tarixində ən çox qol vuran futzalçı ünvanını daşıyır.
Müsahibənin alınmasında böyük köməklik göstərən rusiyalı həmkarlarımıza dərin təşəkkürümüzü bildiririk.
Oxşar xəbərlər
Rikardinyonun Azərbaycana kəsdiyi ikinci cəza! (LAYİHƏ)
Yığmamızın baş məşqçisi: Klub prezidenti belə qarar verdi - MÜSAHİBƏ
Yığmamıza 4 qol vuran futzalçı: Bombardir olmaq maraqlıdır
Futzal Federasiyasının prezidenti Rikardinyonu itələdi - Portuqaliya tərəfi etiraz etdi -
Futzal üzrə AÇ-2018: Portuqaliya yığmamızın rəqibi ola bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası