Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
EURO 2016: İlk finalçı Portuqaliya! - VİDEO
Avropa çempionatında ilk finalçı bəlli olub. Sportfm.az saytının məlumatına görə, ilk yarımfinal oyununda Portuqaliya və Uels milliləri qarşılaşıblar. Turnirin ən böyük sürprizlərindən biri olan Uels millisinin bura qədər gəlib çıxması futbol ictimaiyyəti tərəfindən gözlənilən deyildi. Britaniyalılar üçün yolun sonu da bu oyun olub. Qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. İkinci yarının əvvəlində Ronaldo başla baxımlı qola imza atıb. Bundan 3 dəqiqə sonra onun ötürməsini Nani tamamlayıb. Matçın sonuna qədər başqa qol olmayıb və Portuqaliya EURO 2016-nın ilk finalçısı olub.
Avropa çempionatı
Yarımfinal
6 iyun, 2016
Portuqaliya - Uels - 2:0
Qollar: Ronaldo, 50; Nani, 53
Baş hakim: Yonas Eriksson
Yan xətt hakimləri: Matias Klasenyus, Daniel Varnmark
Əlavə köməkçi hakimlər: Stefan Yohannesson, Markus Stromberqsson (hamısı İsveç)
Dördüncü hakim: Şimon Marçinyak (Polşa)
Ehtiyat yan xətt hakimi: Pavel Sokolniçki (Polşa)
Hakim-inspektor: Mark Batta (Fransa)
UEFA nümayəndəsi: Martin Sturkenbum (Hollandiya)
Lion. Şəhər stadionu
Portuqaliya: 1. Rui Patrisio, 2. Bruno Alves, 4. Joze Fonte, 5. Rafael Gerrero, 7. Kristiano Ronaldo, 10. Joa Mario, 13. Danilo, 16. Renato Sançes, 17. Nani, 21. Sedrik, 23. Adrien Silva
Ehtiyat oyunçular: 12. Antoni Lopes, 22. Eduardo, 3. Pepe, 6. Rikardo Karvalyo, 8. Joa Moutinyo, 9. Eder, 11. Vierinya, 14. Villiam Karvalyo, 15. Andre Qomes, 18. Rafa Silva, 19. Eliseu, 20. Rikardo Quaresma
Uels: 1. Ueyn Hennessi (q), 2. Krin Qanter, 3. Neyl Teylor, 5. Ceyms Çester, 6. Eşli Uilyams (k), 7. Co Allen, 8. Endi Kinq, 9. Hal Robson-Kanu, 11. Qaret Beyl, 16. Co Ledli, 19. Ceyms Kollins
Ehtiyat oyunçular: 12. Oveyn Fon Uilyams (q), 21. Denni Uard (q), 4. Ben Deyvis, 10. Aron Remsi, 13. Corc Uilyams, 14. Devid Eduards, 15. Cazz Riçards, 17. Devid Kotterill, 18. Sem Vouks, 20. Conatan Uilyams, 22. Devid Vuqan, 23. Saymon Çerç
Oxşar xəbərlər
EURO 2016: Portuqaliya Avropa çempionudur! - VİDEO
EURO 2016: Uelsdən tarixi nəticə - YENİLƏNİB-VİDEO
EURO 2016: Portuqaliya yarımfinalda! - YENİLƏNİB-VİDEO
EURO 2016: Portuqaliya, Polşa və Uels 1/4 finalda! - VİDEO
EURO 2016: Uels lider, İngiltərə ikinci oldu - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası