reklam
EURO 2016: Portuqaliya, Polşa və Uels 1/4 finalda! - VİDEO
Sportfm.az xəbər saytı

EURO 2016: Portuqaliya, Polşa və Uels 1/4 finalda! - VİDEO


Avropa çempionatında 1/8 final mərhələsinə start verilib. Sportfm.az saytının məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
 
İlk olaraq, meydana İsveçrə və Polşa milliləri çıxıblar. Olduqca gərgin mübarizəyə səhnə olan oyunda hesabı Polşa açıb. Blaşikovskinin zərbəsi dəqiq olub. İsveçrəlilər buna Şakirinin möhtəşəm qolu ilə qarşılıq verərək oyunu əlavə vaxta aparıblar. 30 dəqiqə ərzində də bərabərlik pozulmayıb və matçın qalibi penalti zərbələri ilə müəyyən olunub. Polşa futbolçuları 5 zərbəni də dəqiq yerinə yetiriblər, İsveçrədən isə yalnızca Qranit Caka qeyri-dəqiq oynayıb və komandasının məğlubiyyətinə "imza atıb".
 
Günün ikinci oyunu isə Britaniya derbisi olub. "B" qrupunu lider olaraq tamamlayan Uels ən yaxşı üçüncülərdən biri olan Şimli İrlandiya ilə qarşılaşıb. Bu görüçün taleyini avtoqol həll edib. Epizodların birində Qaret Beylin sol cinahdan qapı ağzına ötürməsini Makolun öz qapısından keçirib.
 
Gecənin son oyunu isə olduqca maraqsız keçib. Xorvatiya - Portuqaliya matçında tərəflər əsas vaxtda qapılara bir zərbə belə vura bilməyiblər. Əlavə olunmuş vaxtın sonuna 4 dəqiqə qalmış Ronaldonun zərbəsindən sonra qapıçıdan dönən topu Quaresma başla qapıdan keçirib və Portuqaliya üçüncü 1/4 finalçı olub.
 

Avropa çempionatı
1/8 final
25 iyun
 
Xorvatiya - Portuqaliya - 0:1
Qol: Quaresma, 116


 
Baş hakim: Karlos Velasko Karbalyo
Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Xuan Karlos Yuste Ximenes
Əlavə köməkçi hakimlər: Xesus Gil Manzano, Karlos del Serro Qrande (hamısı İspaniya)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Ehtiyat yan xətt hakimi: Gyorgi Rinq (Macarıstan)
Hakim-inspektor: Devid Ellari (İngiltərə)
UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya)
Lans. "Bollar-Delelis” stadionu
 
Xorvatiya: 23. Daniel Subaşiç, 3. İvan Ştirniç, 4. İvan Perisiç, 5. Vedran Çorluka, 7. İvan Rakitiç, 10. Luka Modriç, 11. Dario Srna (k), 14. Marselo Brozoviç, 17. Mario Mancukiç, 19. Milan Badelj, 21. Domoqoy Vida
Ehtiyat oyunçular: 1. İvan Vargiç, 2. Sime Versaliko, 6. Tin Yedvay, 12. Lovre Kaliniç, 13. Qordon Şildenfeld, 8. Mateo Kovaçiç, 9. Andre Kramariç, 15. Marko Roq, 16. Nikola Kaliniç, 18. Ante Çoriç, 20. Marko Pyaça, 22. Duje Çop
 
Portuqaliya: 1. Rui Patrisio, 3. Pepe, 4. Joze Fonte, 5. Rafael Gerrero, 7. Kristiano Ronaldo, 10. Joa Mario, 14. Villiam Karvalyo, 15. Andre Qomes, 17. Nani, 21. Sedrik, 23. Adrien Silva
Ehtiyat oyunçular: 12. Antoni Lopes, 22. Eduardo, 2. Bruno Alves, 6. Rikardo Karvalyo, 8. Joa Moutinyo, 9. Eder, 11. Vierinya, 13. Danilo, 16. Renato Sançes, 18. Rafa Silva, 19. Eliseu, 20. Rikardo Quaresma
 
İsveçrə - Polşa - 1:1 (penaltilər: 4:5)
Qollar: Şakiri, 83 - Blaşikovski, 39

 
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Cek Kollin
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)
Ehtiyat yan xətt hakimi: Damianos Eftimiadis (Yunanıstan)
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)
UEFA nümayəndəsi: Nodar Axalkatsi (Gürcüstan)
Sent-Etyenn. "Joffrua Qişar” stadionu
 
İsveçrə: 1. Yann Sommer, 2. Stefan Lixtştayner (k), 9. Haris Seferoviç, 10. Qranit Xaka, 11. Valon Behrami (16. Qelson Fernandes, 77), 13. Rikardo Rodriges, 15. Blerim Dzemaili (7. Bril Embolo, 58), 18. Admir Mehmedi (19. Ərən Dərdiyok, 70), 20. Yohan Curu, 22. Fabian Şyer, 23. Xerdan Şaqiri
Ehtiyat oyunçular: 3. François Mubandje, 4. Niko Elvedi, 5. Stiv von Bergen, 6. Mikael Lanq, 8. Fabian Fray, 12. Marvin Hits, 14. Denis Zakaria, 17. Şani Taraşay, 21. Roman Bürki
Baş məşqçi: Vladimir Petkoviç
 
Polşa: 22. Lukas Fabianski, 2. Mixal Pazdan, 3. Artur Yedrzeyçik, 5. Kristof Maçzinski (6. Tomas Yodlovyeç, 101), 7. Arkadius Milik, 9. Robert Levandovski (k), 10. Qrzeqorz Kriçovyak, 11. Kamil Qrosiçki (17. Slavomir Peşko, 104), 15. Kamil Qlik, 16. Yakub Blaşikovski, 20. Lukas Pişek
Ehtiyat oyunçular: 1. Voyçex Şesnı, 8. Karol Linetti, 12. Artur Boruç, 13. Marius Stepinski, 14. Yakub Vavrzinyak, 18. Bartos Salamon, 19. Pyotr Zelinski, 23. Filip Starzinski
Baş məşqçi: Adam Navalka
 
Uels – Şimali İrlandiya - 1:0
Qol: Makoli, 75 (öz qapısına)

 
Baş hakim: Martin Atkinson
Yan xətt hakimləri: Maykl Mellarki, Stefen Kild
Əlavə köməkçi hakimlər: Maykl Oliver, Kreyq Pouson (hamısı İngiltərə)
Dördüncü hakim: Feliks Brix (Almaniya)
Ehtiyat yan xətt hakimi: Mark Borş (Almaniya)
Hakim-inspektor: Mark Batta (Fransa)
UEFA nümayəndəsi: Stin Dahrup (Danimarka)
Paris. "Stad de Frans”
 
Uels: 1. Ueyn Hennessi (q), 2. Krin Qanter, 3. Neyl Teylor, 4. Ben Deyvis, 5. Ceyms Çester, 6. Eşli Uilyams (k), 7. Co Allen, 10. Aron Remsi, 11. Qaret Beyl, 16. Co Ledli, 18. Sem Vouks
Ehtiyat oyunçular: 12. Oveyn Fon Uilyams (q), 8. Endi Kinq, 9. Hal Robson-Kanu, 21. Denni Uard (q), 13. Corc Uilyams, 14. Devid Eduards, 15. Cazz Riçards, 17. Devid Kotterill, 19. Ceyms Kollins, 22. Devid Vuqan, 20. Conatan Uilyams, 23. Saymon Çerç
Baş məşqçi: Kris Koulman
 
Şimali İrlandiya: 1. Mixail Makqovern, 4. Qaret Makauli, 5. Coni Evans, 8. Stiven Deyvis, 10. Kayl Lafferti, 13. Korri Evans, 14. Stüart Dallas, 16. Oliver Norvud, 18. Aaron Hyuz, 19. Ceymi Vard, 20. Kreyq Koçart
Ehtiyat oyunçular: 12. Roy Kerol (q), 23. Alan Mannus (q), 2. Konor Maklaflin, 3. Şeyn Ferqüsson, 6. Kris Beyrd, 7. Neyl Makgin, 9. Vill Qrik, 11. Konor Vaşinqton, 17. Peddi Makneyr, 15. Luk Makkoluq, 21. Coş Makgeniş, 22. Lii Hodson
Baş məşqçi: Maykl Oni

Oxşar xəbərlər

EURO 2016: İlk finalçı Portuqaliya! - VİDEO
EURO 2016: Portuqaliya yarımfinalda! - YENİLƏNİB-VİDEO
EURO 2016: İngiltərə qalib gəldi, Ukrayna uduzdu, Almaniya xal itirdi - VİDEO
EURO 2016: Almaniya və Polşadan qələbə, Türkiyə məğlub oldu - VİDEO
EURO 2016: Albaniya uduzdu, Uels qalib gəldi, İngiltərə xal itirdi - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər