Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
EURO 2016: Portuqaliya yarımfinalda! - YENİLƏNİB-VİDEO
EURO 2016-da 1/4 final mərhələsinə start verilib. Sportfm.az saytının məlumatına görə, ilk yarımfinalçının adı Polşa və Portuqaliya yığmaları arasında keçirilən matçdan sonra müəyyənləşib.
Çempionatın maraqlı komandalarından olan Polşa birinciliklə vidalaşmalı olub. Matçın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Qalibi müəyyən etmək üçün penaltilər seriyasına ehtiyac yaranıb.
1/8 finalda eyni üsulla İsveçrəyə qalib gələn Polşa bu dəfə üzülən tərəf olub. Blaşikovskinin zərbəsində qola icazə verməyən Rui Patrisio komandasını yarımfinala daşıyıb.
Maraqlıdı ki, Portuqaliya millisi turnir müddətində heç bir matçın əsas vaxtında qalib gələ bilməyib.
Avropa çempionatı - 2016
1/4 final mərhələsi
30 iyun
Polşa - Portuqaliya 1:1 (penaltilər 3:5)
Qollar: Levandovski, 2 - Renato Sançez, 33
Baş hakim: Feliks Brix
Yan xətt hakimləri: Mark Borş, Stefan Lupp
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)
Dördüncü hakim: Milorad Maziç (Serbiya)
Ehtiyat yan xətt hakimi: Milovan Ristiç (Serbiya)
Hakim-inspektor: Pyerluici Kollina (İtaliya)
UEFA nümayəndəsi: Roland Ospelt (Lixtenşteyn)
Marsel. "Velodrom” stadionu
Polşa: 22. Lukas Fabianski, 2. Mixal Pazdan, 3. Artur Yedrzeyçik, 5. Kristof Maçzinski, 7. Arkadius Milik, 9. Robert Levandovski (k), 10. Qrzeqorz Kriçovyak, 11. Kamil Qrosiçki, 15. Kamil Qlik, 16. Yakub Blaşikovski, 20. Lukas Pişek
Ehtiyat oyunçular: 1. Voyçex Şesnı, 6. Tomas Yodlovyeç, 8. Karol Linetti, 12. Artur Boruç, 13. Marius Stepinski, 14. Yakub Vavrzinyak, 17. Slavomir Peşko, 18. Bartos Salamon, 19. Pyotr Zelinski, 23. Filip Starzinski
Portuqaliya: 1. Rui Patrisio, 3. Pepe, 4. Joze Fonte, 7. Kristiano Ronaldo, 10. Joa Mario 14. Villiam Karvalyo, 16. Renato Sançes, 17. Nani, 19. Eliseu, 21. Sedrik, 23. Adrien Silva
Ehtiyat oyunçular: 12. Antoni Lopes, 22. Eduardo, 2. Bruno Alves, 5. Rafael Gerrero, 6. Rikardo Karvalyo, 8. Joa Moutinyo, 9. Eder, 11. Vierinya, 15. Andre Qomes, 18. Rafa Silva, 20. Rikardo Quaresma,13. Danilo
Oxşar xəbərlər
EURO 2016: Portuqaliya Avropa çempionudur! - VİDEO
EURO 2016: İlk finalçı Portuqaliya! - VİDEO
EURO 2016: Portuqaliya, Polşa və Uels 1/4 finalda! - VİDEO
EURO 2016: Belçikadan qələbə, Portuqaliya və İslandiya xal itirdi - VİDEO
EURO 2016: Macarıstandan qələbə, Portuqaliya itki ilə başladı - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
“Şahdağ Qusar” “Cəbrayıl”la bərabərə qaldı - I Liqa
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa















Misli Premyer Liqası