reklam
Finlandiyanın paytaxtı Lion, Portu və Belfasta rəqib oldu
Sportfm.az xəbər saytı

Finlandiyanın paytaxtı Lion, Portu və Belfasta rəqib oldu


2020-ci ildə Avropanın ən mötəbər futbol matçlarından biri Helsinkidə keçirilə bilər.

Sportfm.az xəbər verir ki, Finlandiya paytaxtı 2020-ci ildə UEFA Superkubokunun keçirilməsi üçün müraciət edib. Qitənin iki ən nüfuzlu futbol turnirinin – Avropa Liqası və UEFA Çempionlar Liqası qaliblərinin görüşünün Helsinkinin yenidən qurulan Olimpiya stadionunda keçirilməsi təklif olunur.

Finlandiya Futbol Assosiasiyasının rəhbəri Marko Kasaqrande bildirib ki, ən yaxşı oyunçuları və komandaları Suomiyə gətirmək istəyir. Onun sözlərinə görə, Finlandiyanın böyük idman yarışlarının yaxşı təşkilatçısı olduğu UEFA-ya məlumdur.

Helsinki ilə yanaşı, UEFA Superkubokunun keçirilməsi üçün Fransanın Lion, Portuqaliyanın Portu və Şimali İrlandiyanın Belfast şəhərləri də mübarizə aparacaq. Matçın keçiriləcəyi yer haqqında qərar may ayında qəbul ediləcək.

Xatırladaq ki, Helsinkidə Olimpiya stadionunun yenidən qurulması 2019-cu ildə başa çatacaq və stadion 36 min tamaşaçı tutacaq.

Oxşar xəbərlər

AFFA Avropa Çempionatı ilə bağlı razılıq verdi
AFFA UEFA-ya təsdiq göndərdi - AVRO-2020 ilə bağlı
UEFA federasiyaları bir araya yığacaq
Minsk bu matça iddia edir - FOTO
AFFA prezidenti: "Bu etimadı əməli işimizlə doğruldacağımıza inanırıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər