reklam
AFFA prezidenti:
Sportfm.az xəbər saytı

AFFA prezidenti: "Bu etimadı əməli işimizlə doğruldacağımıza inanırıq"


"2019-ci ildə təşkil olunacaq UEFA Avropa Liqasının Bakıda keçirilməsi ilə bağlı qəbul olunmuş qərar hər birimiz üçün çox sevindiricidir. Bu münasibətlə ölkəmizin bütün futbolsevərlərini təbrik edirəm".

Sportfm.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

Bu gün UEFA-nın İcraiyyə Komitəsinin iclasında 2019-cu ildə keçiriləcək UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin final oyununu qəbul edəcək stadionların adları açıqlanıb. Qitənin ali futbol qurumu Avropanın ikinci dərəcəli klub turniri olan Avropa Liqasının finalını paytaxtımıza həvalə edib.
Bununla bağlı AFFA-nın prezidenti Rövnəq Abdullayev affa.az-a açıqlama verib: "Bakı Olimpiya Stadionunun qitənin mötəbər klub turnirinin final oyununa ev sahibliyi etməsi respublikamızın idman həyatında əlamətdar hadisədir. Açıqlanan qərarın Azərbaycanda futbolun inkişafına öz töhfəsini verəcəyinə əminik. Belə bir nüfuzlu turnirin oyunlarına ev sahibliyi etməyimiz Respublika Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu idman siyasətinin nəticəsidir. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirik. UEFA İcraiyyə Komitəsinə prezentasiyamızı yüksək qiymətləndirdiyinə görə, minnətdarlığımızı bildirir və bu etimadı da əməli işimizlə doğruldacağımıza inanırıq".

Oxşar xəbərlər

"2020-ci il xalqımız üçün zəfər ili oldu" - Rövnəq Abdullayev
Rövnəq Abdullayev Vəli Qasımovu təbrik etdi - FOTO
Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzaladı - Avropa Liqasının finalı ilə bağlı
Çempionlar Liqasının finalı Bakıda keçiriləcək? - AFFA-dan AÇIQLAMA
Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər