"Liderlər arasında olmaq çox maraqlıdır" -Şəhriyar Məmmədyarov
"İlk 6 oyun asan keçmədi. Amma bizi qarşıda daha 7 oyun gözləyir".
Sportfm.az xəbər verir ki, bunu Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" festivalında vahid liderə çevrilən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov deyib. VI turda qara fiqurlarla hindistanlı Adhiban Başkaranı yenən Məmmədyarov növbəti görüşlərdə də bu qaydada davam etməyə çalışacağını bildirib. O, 6 turdan sonra liderliyə yüksəlməsini belə dəyərləndirib: "Liderlər arasında olmaq çox maraqlıdır. Növbəti görüşlərin də maraqlı keçəcəyini gözləyirəm. Özümdən asılı olan hər şeyi edəcəyəm".
Qeyd edək ki, bu gün keçiriləcək 7-ci turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla çinli Vey İ ilə üz-üzə gələcək. Hazırda Məmmədyarovun 4,5 xalı var.
Oxşar xəbərlər
Şəhriyar Məmmədyarovdan növbəti qələbə - Tata Steel Chess
Şəhriyar Məmmədyarovdan növbəti qələbə - "Tata Steel Chess"
Məmmədyarov lider oldu - "Tata Steel"
Şəhriyar Məmmədyarov liderdir
Şəhriyar Məmmədyarov II turu qələbə ilə başa vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qəbələ" - "Şamaxı" - START HEYƏTLƏR
-
Millimizin rəqibi Türkiyə oldu - Avropa çempionatı
-
"İmişli" "Şəfa"ya qalib gəldi - Premyer Liqa
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Şamaxı” Qəbələ səfərində, “İmişli” “Şəfa”ya qarşı - Premyer Liqa
-
"Qarabağ" və "Qəbələ"dən qələbə - Sabahın ulduzları














Misli Premyer Liqası