reklam
Vitali Borisov: Millimizin AÇ-də qrupdan çıxmaq şansı 33 faizdir
Sportfm.az xəbər saytı

Vitali Borisov: Millimizin AÇ-də qrupdan çıxmaq şansı 33 faizdir


Futzal millimizin aparıcı oyunçularından sayılan Vitali Borisov bu gün keçirilən brifinqdə Avropa çempionatına hazırlıqlarla bağlı fikirlərini bildirib. 

Sportfm.az xəbər verir ki, Borisov millimizin Bakı İdman Sarayında baş tutan hazırlıqları barədə bunları qeyd edib:   “Komandanın məşqlərinə üç gün əvvəl qoşulmuşam. Yaxşı qrupa düşmüşük. İspaniya və Fransa kimi komandalarla iki maraqlı oyun keçirəcəyik. İspaniya dünyanın ən yaxşı komandalarından biridir. Fransa millisi ilk dəfə bu cür yarışda iştirak etmək hüququ qazansa da, pley-offda Xorvatiya kimi komandanı mübarizədən kənarlaşdırıb. Avropa çempionatında, ümumiyyətlə, zəif rəqib olmur. Qrupumuzdakı hər bir komandanın növbəti mərhələyə yüksəlmək şansı 33 faizdir. Hər şey oyunlar zamanı məlum olacaq. Hər bir komanda bir-birindən xal ala bilər”.   

Qeyd edək ki, Serbiyanın “Ekonomats” klubunda çıxış edən Vitali Borisov yığmaya erkən qoşulmaq üçün icazə aldığını bildirib: “Serbiyada çempionatın I dövrəsi yanvarın 15-də başa çatıb. Klub rəhbərliyindən xahiş etdim ki, məni bir az yığmaya tez buraxsınlar. Mən də üç gün öncə məşqlərə başlamışam”.

Oxşar xəbərlər

"Milli üzvlərinin fiziki hazırlıqları bir o qədər yaxşı deyil" - Vitali Borisov
Vitali Borisov legionerlərə üstünlük verməməsinə aydınlıq gətirdi
Vitali Borisov: "Növbəti oyunu düşünməliyik"
Borisovun millimizin baş məşqçisi oldu - AÇIQLAMA
Vitali Borisov və Nihad İsmayılov yenidən yığmada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər