Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Milli üzvlərinin fiziki hazırlıqları bir o qədər yaxşı deyil" -Vitali Borisov
"Komandanın fiziki hazırlığından razı deyiləm”.
Sportfm.az xəbər verir ki, bunu millinin baş məşqçisi Vitali Borisov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
41 yaşlı mütəxəssis Bakıda təşkil olunan təlim-məşq toplanışı barədə danışıb:
“Hazırlığa cəlb etdiyimiz oyunçuların hər biri fərqli klublarda məşq edirlər. Fiziki hazırlıqları bir o qədər yaxşı deyil. Əvvəllər toplanışa dəvət etdiyimiz futzalçıların əksəriyyəti “Araz-Naxçıvan”da çıxış etdikləri üçün məşqləri bir-birinə uyğun gəlirdi. Lakin indi 4 fərqli klubda top qovan oyunçular bir araya toplaşıblar. Əksəriyyəti də gənclərdir”.
Borisov heyətlə bağlı yekun qərarın bu gün veriləcəyini bildirib:
“Hazırlığa 17 futzalçı cəlb olunub. Onlardan 3-ü Gürcüstan millisi ilə yoldaşlıq oyunları üçün Tbilisiyə aparılmayacaq. Hazırda komandanda əhval-ruhiyyə yüksək səviyyədədir”.
Azərbaycan millisi aprelin 14-də və 16-da Tbilisidə Gürcüstan yığması ilə iki yoldaşlıq görüşü keçirəcək.

Oxşar xəbərlər
Naxçıvan klubunun baş məşqçisi: "Hər kəs anlayır ki..."
Millimizin heyəti açıqlandı - SİYAHI
"Hamımız bu oyunu gözləyirik" - Vitali Borisov
"Ruhdan düşmürük, işimizi davam etdiririk" - Millinin baş məşqçisi
Vitali Borisov: "Çempionlar Liqasının oyunlarına qədər vaxtımız var"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası