reklam
“Azərbaycana qiymət vermək çətindi”
Sportfm.az xəbər saytı

“Azərbaycana qiymət vermək çətindi”


Milli komanda üçün mənə federasiyadan dəvət gəlməyib. Bəlkə də, İsraildə çempionat davat etdiyi və yığmanın oyunları FİFA-nın pəncərəsindən kənarda olduğu üçün çağırılmamışam.

Sportfm.az saytı xəbər verir ki, bunu Moldova millisinin yarımmüdafiəçisi Radu Ginsari deyib.

Yerli mətbuata müsahibə verən 27 yaşlı hücumameyilli futbolçu millidə yeni baş məşqçisi təyinatına, həmçinin Cənubi Koreya və Azərbaycanla keçiriləcək yoldaşlıq görüşlərinə münasibət bildirib.

Hayfa "Hapoel"inin formasını geyinən Ginsari qarşıdakı matçlara dəvət almadığını bildirib: "Nəzərə alaq ki, komandam İsrail birinciliyində çempionluğa oynayır. Klubun məni buraxmayacağını düşünürəm. Yəqin ki, bu toplanışda yığmanın yeni baş məşqçisi Aleksandr Spiridon qarşıya qoyulan hədəflə bağlı fikirlərini uşaqlara izah edəcək. Rəqiblərə qiymət vermək mənim üçün çətindi. Cənubi Koreya və Azərbaycanla matçlarda baş məşqçi oyunçularla tanış olmaq və onları iş başında görmək imkanı qazanacaq".

Moldovalı futbolçu hər kəsin onlardan uğurlu nəticə gözlədiyini vurğulayıb: "Bundan əvvəlki baş məşqçinin ciddi və qətiyyətli olmadığını deyə bilmərəm. Hər kəs maksimum hədəfə çatmaq istəyir. Yeni baş məşqçiyə uğurlar arzulayıram və ümid edirəm ki, o, millidə uğurlu nəticələr əldə edəcək. Hər bir futbolçu və bütün ölkə bunu istəyir".

Qeyd edək ki, Moldova yığması yanvarın 27-də Cənubi Koreya, 30-da isə Azərbaycanla yoldaşlıq görüşü keçirəcək.(apasport.az)

Oxşar xəbərlər

Cənubi Koreya millisinin yeni baş məşqçisi məlum oldu
Şimali Koreyalılar Cənubi Koreyaya gedəcək
Moldova millisi yığmamızın oyununu öyrənməyə vaxt tapmır
"Azərbaycan millisindəki bəzi oyunçuları "Qarabağ"ın heyətindən tanıyıram" - Petru Raku
"Azərbaycan yığması bizimlə bərabər səviyyədədir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər