"Azərbaycan yığması bizimlə bərabər səviyyədədir"
"Adətən, istirahətdən sonra məşqlər çətin olur. Biz də belə halla üzləşdik. Çoxlu çalışmalı, uzunmüddətli istirahətdən sonra yaxşı nəticəyə nail olmaq üçün daha yaxşı hazırlaşmalıyıq".
Sportfm.az xəbər verir ki, bunu Moldova millisinin futbolçusu Aleksandr Dedov yanvarın 27-də Cənubi Koreya, yanvarın 30-da isə Azərbaycan milliləri ilə keçirəcəkləri yoldaşlıq görüşlərinə hazırlıq prosesini dəyərləndirərkən deyib.
Hazırda "Milsami" klubunda çıxış edən 29 yaşlı hücumçu yeni baş məşqçi Aleksandr Spiridon barədə çox yaxşı təəssüratlarının formalaşdığını bildirib:
"Təcrübəli olduğu göz qabağındadır. Ümidvaram ki, onun dediklərindən və etdiklərindən ən yaxşılarını özümüzə götürəcəyik və bunlar bizim xeyrimizə olacaq".
Dedov Cənubi Koreya və Azərbaycan milliləri barədə fikirlərini də bölüşüb:
"Cənubi Koreya barədə bildiklərim azdır. Azərbaycanla isə artıq oynamışıq. Təxminən bizimlə bərabər səviyyədə olan yaxşı komandadır. Biz bu rəqiblə bərabər səviyyədə oynamalıyıq. Niyə də müsbət nəticə göstərməyək?!"
Əvvəlki 9 matçda Moldovanın 3 qələbəsinə Azərbaycan millisi 2 qalibiyyətlə cavab verib. 4 görüşdə isə qalib müəyyənləşməyib. Bu komandalar arasındakı son oyun 2015-ci il noyabrın 17-də Bakı Olimpiya Stadionunda təşkil olunub. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Həmin görüşdə Aleksandr Dedov sonadək meydanda olub və 75-ci dəqiqədə sarı vərəqə ilə yadda qalıb(report.az).
Oxşar xəbərlər
Cənubi Koreya millisinin baş məşqçisi istefaya göndərildi - Ayrılıq
Dedov qol vurdu, "Zirə" qalib gəldi
Moldova millisi yığmamızın oyununu öyrənməyə vaxt tapmır
"Azərbaycan millisindəki bəzi oyunçuları "Qarabağ"ın heyətindən tanıyıram" - Petru Raku
“Azərbaycana qiymət vermək çətindi”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası