reklam
Azərbaycan birinciliyinin qalibləri müəyyənləşdi -
Sportfm.az xəbər saytı

Azərbaycan birinciliyinin qalibləri müəyyənləşdi -FOTO


Gənc boksçular arasında Azərbaycan birinciliyi başa çatıb.

Spoirtfm.az xəbər verir ki, Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 35 komandanın qatıldığı yarışda 150-yə yaxın idmançı mübarizə aparıb. Boks Mərkəzində 5 gün davam edən birincilikdə 10 çəki dərəcəsində çempion və medalçılar müəyyənləşib.

Şəxsi yarışlarda Ruslan Qədirov (49 kq, ROİL), Maqsud Xasmətov (52 kq, “Abşeron” BK), Əzrək Bəbirov (56 kq, BFL), Eldar Babayev (60 kq, DİN İK, “Təhsil” RİM), Rəşid Həsənov (64 kq, BFL), Səlim Səlimov (69 kq, DİN İK, “Təhsil” RİM), Mehman Quliyev ( 75 kq, “Sədərək” İK), Murad Allahverdiyev (81 kq, DİN İC), Adil Vəliyev (91 kq, MOİK) və Əsəd Bəşirov (91-dən yuxarı, Sumqayıt) bütün rəqiblərini məğlub edərək birinciliyin qalibi olublar.

Komanda hesabında turnirin qalibi “Təhsil” Respublika İdman Mərkəzi olub. İkinci və üçüncü pillələrdə Daxili İşlər Nazirliyinin və Baku Fayt Lab (BFL) idman klubları qərarlaşıblar.

Yarışın qalibi adını qazanan Maqsud Xasmətov (52 kq) birinciliyin ən texnikalı boksçusu seçilib. Ceyhun Abiyev ən yaxşı hakim, Yadigar Məmmədov (DİN İK) ən yaxşı məşqçi nominasiyasında fərqləniblər.

Oxşar xəbərlər

Gənc boksçuların Azərbaycan birinciliyi başa çatdı - NƏTİCƏLƏR
"Neftçi"li Yonannes nədə 3-cü oldu?
Azərbaycanın ən güclü boksçusu kimdir? - Müəyənləşdi
Gənc boksçular arasında Azərbaycan birinciliyinə yekun vuruldu - Nəticələr
Boks üzrə açıq Bakı birinciliyinin qalibləri müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər