reklam
Venturanın yerinə Di Byaco
Sportfm.az xəbər saytı

Venturanın yerinə Di Byaco


Futbol üzrə İtaliya yığmasının baş məşqçi postu Luici Di Byacoya tapşırılıb.

Sportfm.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının (İFF) prezidenti postuna namizəd olan Damiano Tommazi yerli mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, "skuadra adzurra"nı qarşıdakı Argentina və İngiltərə ilə yoxlama oyunlarına məhz Di Byaco çıxaracaq.

Lakin İtaliyanın gənclərdən ibarət millisinin çalışdırıcısı əsas yığmaya müvəqqəti rəhbərlik edəcək. İFF hazırda yeni baş məşqçi axtarışındadı.

Xatırladaq ki, İtaliya yığması Campyero Venturanın istefasından bəri baş məşqçisiz qalıb. O, komandanı DÇ-2018-ə çıxara bilmədiyinə görə istefaya göndərilib.

İtaliya yığması martın 23-də İsveçrədə Argentina ilə, həmin ayın 27-də isə Londonda İngiltərə ilə sınaq matçına çıxmağı planlaşdırır.

Oxşar xəbərlər

İtaliya klubu baş məşqçisini göndərdi - Uğursuz nəticələrə görə
“İtaliya millisinin çox güclü kollektivi var” - De Byazi
De Byaziyə İtaliya millisindən təklif gəlib! - Təfərrüat
Millimizə namizəd məşqçi sonuncu pillədə olan klubda
Sabiq hakim prezident olmaq istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər