

De Byaziyə İtaliya millisindən təklif gəlib! -Təfərrüat
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi 2016-cı ildə İtaliya Futbol Federasiyasından təklif alıb.
Sportfm.az xəbər verir ki, bu barədə federasiyanın sabiq prezidenti Karlo Tavekkio "Punto Nuovo" radiosuna açıqlamasında deyib.
77 yaşlı funksioner bildirib ki, həmin ərəfədə 4 mütəxəssislə danışıqlar gedib: "Əvvəlcə Fabio Kapellodan yığmanın sükanı arxasına keçməsini xahiş etdim. İlk olaraq, razılıq versə də, sonradan istiqaməti dəyişdi. Halbuki ona illik 4 milyon avro təklif etmişdim. İkinci namizəd Roberto Donadoni idi. Lakin həmin vaxt "Bolonya"nın prezidenti təklifi geri çevirdi və Donadonini buraxmadı. Bundan sonra siyahıda Canni De Byazi ilə Campyero Venturanın adları qalmışdı. Albaniya Futbol Federasiyasının prezidenti Arman Duka FIFA-nın işinə qarışaraq, De Byazinin qarşısını kəsdi".
Qeyd edək ki, bu ilin avqustunda Azərbaycan millisinə baş məşqçi təyin olunmuş Canni De Byazi Albaniya yığmasına 2011 - 2017-ci illərdə rəhbərlik edib.(sportnet)
Oxşar xəbərlər
De Byazi Azərbaycan millisindən göndərildi
“Azərbaycanda özümü çox yaxşı hiss edirəm” - AÇIQLAMA
"Sentyabrın 30-dan sonra bütün təklifləri nəzərdən keçirəcəyəm" - De Byazi
AFFA De Byaziyə 900 min avro verəcək - ŞOK rəqəm
İtaliyalı millidən təklif aldığını açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Qarabağ”ın daha 4 futbolçusu millidə
-
Ayxan Abbasov millinin baş məşqçisi təyin edildi – RƏSMİ
-
Belarus millisinin Azərbaycanla oyun üçün yekun heyəti - SİYAHI
-
"AFFA rəhbərliyinə təşəkkür edirəm" - Ayxan Abbasov
-
Niderlandın matçını azərbaycanlı hakim idarə edəcək - TƏYİNAT
-
"Mingəçevir" 4-cü qələbəsini qazandı