reklam
Azərbaycanda qapıçı oyun gedə-gedə meydançanı tərk etdi -
Sportfm.az xəbər saytı

Azərbaycanda qapıçı oyun gedə-gedə meydançanı tərk etdi -FOTO


Futzal üzrə İkinci Liqada X turun oyunlarına yekun vurulub.

Sportfm.az saytı xəbər verir ki, Bakı İdman Sarayında turun mərkəzi oyunu lider “Obolon”la ilk “3-lük”də yer alan “Bədr Xocalı” komandaları arasında keçirilib. Lider rəqibindən bir baş güclü olduğunu sübut edib 4:1. "Obolon"u təqib edən VİP FK isə “Təbriz”lə matçda çətin anlar yaşasa da, son 3 xal qazanan tərəf olub 5:3. Tur çərçivəsində keçirilən “Hövsan” – “Baker Hughes” qarşılaşması ilə maraqlı məqamla yadda qalıb. Belə ki, "Baker Hughes"in qapıçısı komanda yoldaşlarının zəif çıxışına əsəbiləşərək, oyun gedə-gedə gözlənilmədən meydançanı tərk edib. Onun yerinə klubun digər futzalçısı keçməli olub. Görüş isə "Hövsan"ın 12:3 hesablı qələbəsi ilə yekunlaşıb. 

10-uncu turda qeydə alınan digər nəticələr

“Gənclik”İK – “Dalğa” 3:7
“Metropoliten” – “İçəri Şəhər” 4:8
LSS – “Advokat” 8:1
“Rezident.az” – “Avanqard” 8:7
“Ulduz” – “Baku Fire-2” 4:9

 

 

 

 

Oxşar xəbərlər

"Təbriz" "Ulduz"u "söndürdü"
"Təbriz"dən 10 top fərqi
"Obolon" "Advokat"a ağır hökm oxudu
"Təbriz" və "Hövsan" saat neçədə meydana çıxacaq?
Hövsan futzalçıları "Təbriz"i yendi, "Avanqard" 14 qol vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər