reklam
Azərbaycan Premyer Liqasında mövsümün rekordu
Sportfm.az xəbər saytı

Azərbaycan Premyer Liqasında mövsümün rekordu


Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, belə ki, IX turda 14 qol vurulub. Bu da cari mövsüm üçün ən yüksək göstəricidir. Toplardan 6-sı “Sumqayıt” – “Neftçi” (2:4), 4-ü “Sabah” – “Zirə” (2:2), 3-ü “Keşlə” – “Qəbələ” (2:1), 1-I “Qarabağ” – “Səbail” oyununa təsadüf edib. Meydan sahibləri və qonaqların eyni sayda – 7 dəfə fərqləndiyi turda orta məhsuldarlıq 3,50-yə bərabər olub. Bunadək mövsümün rekordu 13 qolun vurulduğu III turda qeydə alınmışdı. Maraqlıdır ki, həmin turda da eyni cütlər üz-üzə gəlib. “Qəbələ” - “Keşlə” və “Səbail” – “Qarabağ” görüşləri eyni – 0:4, “Neftçi” – “Sumqayıt” qarşılaşması 2:1, “Zirə” – “Sabah” oyunu 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, sonuncu dəfə ən azı 14 qolun vurulduğu tur ötən mövsümün sonunda yaşanıb. XXVIII turda indiki kimi 14 qol qeydə alınıb.

Oxşar xəbərlər

Mövsümün rekordu təkrarlandı - Misli Premyer Liqası
Azərbaycan çempionatında bir ilk
Premyer Liqada mövsümün rekordu açıqlandı
Hamı qol vurdu, "Qəbələ" uduzdu
Premyer Liqanın bir turunda iki rekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər