reklam
Bakıda A qrupunun oyunları keçiriləcək
Sportfm.az xəbər saytı

Bakıda A qrupunun oyunları keçiriləcək


2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsi çərçivəsində Bakı İtaliyanın paytaxtı Roma ilə birgə A qrupunun oyunlarını qəbul edəcək.
Sportfm.az xəbər verir ki, Bu haqda qərar UEFA-nın İcraiyyə Komitəsinin İsveçərnin Nyon şəhərində keçirilmiş iclasında qəbul edilib. Avropa çempionatının açılış oyunu Roma şəhərindəki Olimpiya stadionunda keçiriləcək.
Onu da qeyd edək ki, ölkəsində final mərhələsinin oyunları təşkil ediləcək milli komanda bu mərhələyə vəsiqə qazanacağı təqdirdə, ən azı 2 qrup oyununu doğma meydanda keçirəcək.
Qrup oyunlarının şəhərlər üzrə bölgüsünü diqqətinizə çatdırırq:
A qrupu: Roma (İtaliya) və Bakı (Azərbaycan)
B qrupu: Sankt-Peterburq (Rusiya) və Kopenhagen (Danimarka)
C qrupu: Amsterdam (Niderland) və Buxarest (Rumıniya)
D qrupu: London (İngiltərə) və Qlazqo (Şotlandiya)
E qrupu: Bilbao (İspaniya) və Dublin (İrlandiya)
F qrupu: Münhen (Almaniya) və Budapeşt (Macarıstan)
Qrup oyunlarından başqa Bakı Olimpiya Stadionunda 1/4 final mərhələsinin 1 oyunu da keçiriləcək.

Oxşar xəbərlər

Avro-2020-nin təqvimi - AFİŞA
Türkiyə-İtaliya oyunu ilə start götürəcək AVRO-2020-nin təqvimi
AVRO-2020-nin püşkü atıldı - YENİLƏNİB
AVRO-2020-nin əsas mərhələsinin püşkü atılacaq - SİYAHI
Bakı Olimpiya Stadionu UEFA-nın sərəncamında olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər