Bakı Olimpiya Stadionu UEFA-nın sərəncamında olacaq
Bakı Olimpiya Stadionunun (BOS) 2019-cu il Avropa Liqasının finalı üçün UEFA-nın sərəncamına veriləcəyi tarix müəyyənləşib.
Sportfm.az xəbər verir ki, arena həlledici oyuna 10 gün qalmış – mayın 19-dan yerli Təşkilat Komitəsinin və qitə futbol qurumunun ixtiyarında olacaq.
AVRO-2020-nin final mərhələsi zamanı isə BOS yarışın başlamasına bir ay qalmış UEFA-ya təqdim ediləcək.
Avropa çempionatının 60 illiyi ilə əlaqədar olaraq, yarış ilk dəfə 12 iyun - 12 iyul 2020-ci ildə 12 müxtəlif ölkədə və 24 komandanın iştirakı ilə keçiriləcək.
AVRO-2020-nin matçları Bakı ilə yanaşı, London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqo (Şotlandiya) şəhərlərində təşkil olunacaq.
Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. 68700 nəfərlik arenada matçlar müvafiq olaraq, 13 iyun, 17 iyun, 21 iyun və 4 iyulda olacaq.
Oxşar xəbərlər
Avro-2020-nin təqvimi - AFİŞA
Türkiyə-İtaliya oyunu ilə start götürəcək AVRO-2020-nin təqvimi
AVRO-2020-nin Fan Zonaları ilə bağlı seminar keçirildi
"Bakı AVRO-2020-ni yüksək səviyyədə keçirəcək" - Martin Kallen
AVRO-2020-ni keçirəcək şəhərlərə UEFA-dan qadağa
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası