AVRO-2020-nin əsas mərhələsinin püşkü atılacaq -SİYAHI
Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının püşkü atılacaq.
Sportfm.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Səbətlərin tərkibi:
1-ci səbət: Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna
2-ci səbət: Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya
3-cü səbət: Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya
4-cü səbət: Uels, Finlandiya, Millətlər Liqasından gələcək 4 komanda (A,B,C və D liqalarının qalibi)
A qrupu: İtaliya (ev sahibi)
B qrupu: Rusiya (ev sahibi), Danimarka (ev sahibi), Belçika
C qrupu: Niderland, Ukrayna, A və ya D Liqasının qalibi
D qrupu: İngiltərə (ev sahibi), C Liqasının qalibi
E qrupu: İspaniya (ev sahibi), B Liqasının qalibi
F qrupu: Almaniya (ev sahibi), A və ya D Liqasının qalibi
Xatırladaq ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutacaq.
Oxşar xəbərlər
AVRO-2020-nin təqvimi - SİYAHI
“Avro-2020”nin təqvimi - Vaxtı və saatı
Avro-2020-nin təqvimi - AFİŞA
Türkiyə-İtaliya oyunu ilə start götürəcək AVRO-2020-nin təqvimi
AVRO-2020-nin püşkü atıldı - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin