Güləşçilərimiz dünya çempionatında beş medal qazandılar
Azərbaycan yığması Polşanın Bıdqoş şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatını 5 bürünc medalla başa vurub.
Sportfm.az xəbər verir ki, ilk iki yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparıb. Yığma üzvlərindən Sakit Cəlilov (59 kq) və İslam Abbasov (85 kq) bürünc medal əldə edib. Nəsir Həsənov (75 kq) isə 5-ci yerdə qərarlaşıb.
Qadın güləşçilərin mübarizəsini də yığma üzvləri 2 bürünc medalla tamamlayıb. Türkan Nəsirova (58 kq) və Tatyana Omelçenko (60 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Alyona Kolesnik (58 kq) isə 5-ci yeri tutub.
Son yarış günlərində mübarizəyə qoşulan sərbəst güləşçilərin qazancı da 1 bürünc medal olub. 57 kq çəkidə yarışan Pərviz İbrahimov çempionatı üçüncü sırada tamamlayıb.
Görüşləri idarə edənlər arasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edib.
Oxşar xəbərlər
Güləşçilərimiz Türkiyədə bürünc medal qazandı
Güləşçilərimiz Avropa çempionatında ikinci oldu - FOTO
Kiyevdə məhsuldar alınan ikinci gün: 4 qızıl, 4 gümüş və 1 bürünc medal
Azərbaycan güləşi üçün 2017-ci ilin yekunu
Dünya çempionatında iştirak edəcək güləşçilərimiz
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası