Dünya çempionatında iştirak edəcək güləşçilərimiz
Polşanın Bıdqoş şəhərində 19 - 23 yaş arası güləşçilər arasında keçiriləcək dünya çempionatı üçün Azərbaycan yığmalarının heyətləri açıqlanıb.
Sportfm.az xəbər verir ki, noyabrın 21-də start götürəcək çempionatda ilk olaraq yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Baş məşqçi Şaban Donatın rəhbərliyi altında Sakit Quliyev (59 kq), Elman Muxtarov (66 kq), Nəsir Həsənov (75 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nəzəriani (130 kq) artıq Polşaya yola düşüb.
Böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 6 qadın güləşçi iştirak edəcək. Heyətdə Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) yer alıb.
Son yarış günlərində böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında sərbəst güləşçilərdən Pərviz İbrahimov (57 kq), Əli Rəhimzadə (61 kq), Pənah İlyaslı (65 kq), Hacımurad Ömərov (70 kq), Murad Süleymanov (74 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) mübarizəyə qoşulacaqlar.
Altı gün davam edəcək yarışda Azərbaycanı beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.
Oxşar xəbərlər
Türkiyədə çıxış edəcək güləşçilərimiz məlum oldu - SİYAHI
Dünya çempionatında iştirak edəcək güləşçilərimiz məlum oldu
Dünya çempionatı üçün Azərbaycan yığmalarının heyəti açıqlandı
Avropa çempionatı üçün yığmanın heyəti açıqlandı
Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası