reklam
“Qarabağ” kimin güdazına getdi? -
Sportfm.az xəbər saytı

“Qarabağ” kimin güdazına getdi? -YAZI


“Çelsi” ilə oyunda hakimin səhvi nəticəsində “Qarabağ” növbəti dəfə haqsızlığa uğradı. Nazirdən tutmuş sıravi azarkeşə qədər ölkənin bütün futbolsevərləri günahı hakimdə gördü, Manuel de Sousanı lənətlədi, amma sual verən olmadı ki, nəyə görə ardıcıl 3 oyundur ki, ümumiyyətlə 4 dəfədir ki, hakimlər ağdamlıların nəticə əldə etməsinə, layiqli oyun göstərməsinə açıq-aşkar mane olurlar. Buna hakim səhvi deməzlər, bu Azərbaycan futboluna qarşı bir kampaniyadır. Və ortaya sual çıxır: “Azərbaycan futbolu nə etdi ki, UEFA tərəfindən bu cür münasibətlə üzləşir?”. Bu sual Qurban Qurbanovu narahat etmiş olmalı idi ki, o oyundan sonra təşkil olunan mətbuat konfransında “Mənə maraqlıdır ki, bizim ölkəyə bu qədərmi kiçik baxırlar?”- deyə, soruşdu. Əslində Q. Qurbanovun sualı ritorikdir, yəni cavabı sualın özündədir. Bəli, futbol sahəsində bizim ölkəni kiçik görürlər. Azərbaycanda danışılmış, qumara qoyulmuş oyunların qarşısını almaq üçün bütün rəsmi təsir mexanizmlərinə əl atan, ancaq faydasını görməyən UEFA, artıq hakimlərin süni səhvlərinin vasitəsi ilə ölkəmizin futbolunu idarə edənlərə mesaj göndərir. UEFA-ya başqa çıxış yolu qoymadılar ki! Təsəvvür edin ki, şübhəli oyunlar barədə araşdırmanın aparılmasını tələb edən UEFA-nın rəsmi məktubuna əsasən, noyabrın 13-də PFL-da iclas keçirildi, bu iclasın protokolundakı mürəkkəb qurumamış, 1-ci divizionun 9-cu turunda ən az iki görüşün nəticəsi yenə də böyük şübhə yaratdı. Yəni, günahı UEFA hakimlərində yox, qumarbaz sponsorlarda, məşqçilərdə və futbolçularda axtarmaq lazımdı. Nə qədər ki, Azərbaycanda danışılmış oyunlar olacaq, bizim ölkəni kiçik görəcəklər.
Bu danışılmış qarşılaşmaların qarşısını iclasla-filanla almaq olmayacaq. 200-300 manat maaşa oynayan futbolçu, təbii ki, matçı satacaq, təbii ki, məşqçinin istəyini yerinə yetirəcək – ölkədə cəmi 18 klub var, futbolçunun komandadan qovulması karyerasına son qoyulması anlamına gəlir, odur ki, futbolçuların vicdanı qəbul etsə də, etməsə də, onlar məşqçilərin çirkli tələbini yerinə yetirmək məcburiyyətində qalır. Məşqçilər də öz növbəsində sponsorların tələbini yerinə yetirirlər, 1-ci divizionda təmənnasız sponsorların komandaları göz qabağındadır – SOCAR-ın maliyyələşdirdiyi “Qaradağ Lökbatan” 1-ci yerdə, Müdafiə Nazirliyinin OMİK-i isə 2-ci yerdə gedir. Digər komandaların demək olar ki, hamısı ya futbolçu səviyyəsində, ya məşqçi səviyyəsində və ya sponsor səviyyəsində komandanın görüşlərini mərcə qoyur.
Canım “Qarabağ, günah Manuel de Sousa da deyil, günah futbolumuzu manual idarə edən işbazlardadı.

İmdad Adiloğlu

Oxşar xəbərlər

Danışılmış oyunlarla bağlı danışdılar - FOTO
Danışılmış oyunlarla bağlı seminar keçirildi - FOTO
“Başqa ölkəyə getməyimiz qəbulolunmazdır” - Əmrah Çəlikəl
"Alınsa, Alper Portuk olacaq, alınmasa, heç kim" - Qurban Qurbanov
Danışılmış oyunlara görə 10 nəfər futboldan uzaqlaşdırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər