

Cüdo üzrə açıq Bakı çempionatına start verildi
“Sərhədçi” İdman Olimpiya Mərkəzində kişilər və qadınlar arasında cüdo üzrə açıq Bakı çempionatına start verilib.
Sportfm.az xəbər verir ki, iki gün davam edəcək paytaxt birinciliyində 23 klubdan 253 cüdoçu (221 kişi, 32 qadın) medallar uğrunda mübarizə aparacaq.
Yarışın ilk günü qadınlar arasında bütün çəki dərəcələrində qaliblər müəyyənləşib. Çempionatda Aynur Camalova (48 kq), Gülnar Paşayeva (52 kq), Şəfəq Məmmədova (57 kq), Nuriyyə Axundova (63 kq), Südabə Ağayeva (70 kq) və Mehriban İmanzadə (78 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Kişilərin mübarizəsində isə 66 və 81 kiloqram çəki dərəcələrində yarışan cüdoçular medallar uğrunda mübarizə aparıblar. Bu çəkilərdə qızıl medallara Yaşar Nəcəfov (66 kq) və Əkbər Quliyev (81 kq) sahib olublar.
Oxşar xəbərlər
Ustalıqlarını Hövsanda nümayiş etdirəcəklər
Cüdoçular arasında açıq Bakı birinciliyi davam edir
Sabah Bakıda cüdo üzrə dünya çempionatına start veriləcək
Gənc cüdoçular başladı - Bakı birinciliyində 32 klub iştirak edir
Bakı çempionatına start verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heç kim AFFA ilə çalışmaq istəmir - Həşimov da düşünmək üçün vaxt istədi - EKSKLÜZİV
-
Anatoli Nuriyev əvəzedici komandada çıxış edəcək
-
Qurban Qurbanov Almeyda ilə belə vidalaşdı - FOTO
-
AFFA “Sabah” – “Turan Tovuz” matçının mübahisəli epizodlarını şərh etdi
-
Millimiz Xorvatiyada təlim-məşq toplanışına başladı
-
"Sumqayıt" - "Zirə" oyununun biletləri satışda