Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rəşad Sadiqovun taleyi nə olacaq?
Bir müddət öncə "Zirə”nin əsas heyətindən kənarlaşdırılan Rəşad Sadiqovun gələcək taleyi müəmmalıdı.
Sportfm.az xəbər verir ki, yeni mövsüm start götürsə də, intizamsızlığa görə qəsəbə klubunun əsas heyətindən kənarlaşdırılan futbolçunun hansı komandada çıxış edəcəyi hələ ki, bəlli deyil. Sadiqovun "Zirə” ilə bir illik müqaviləsi var. Klubun 33 yaşlı futbolçuyla müqaviləyə xitam verməməsi, onun yenidən bu komandanın əsas heyətinə qayıtmaq ehtimalını qüvvədə saxlayır. Lakin baş məşqçi Ayxan Abbasov hələ də, təcrübəli yarımmüdafiəçini bağışlamayıb.
Əldə olunan məlumata görə, Sadiqov futbolçu karyerasını bitirməyi planlaşdırır.
Xatırladaq ki, millimizin də üzvü olan futbolçu paltardəyişmə otağında komandanın baş məşqçisi Ayxan Abbasova cavab qaytardığı üçün əsas heyətdən kənarlaşdırılmışdı.
Rəşad bu yay "Zirə”ylə bir illik müqavilə bağlayıb. O, komandanın heyətində Avropa Liqasında keçirdiyi 4 oyunda 1 qola imza atıb.(komanda.az)
Oxşar xəbərlər
Ayxan Abbasova 1 illik etibar etdilər
"Zirə" sabiq məşqçisi ilə müqavilə imzaladı - RƏSMİ
Rəşad Sadıqovun köməkçiləri müəyyənləşdi
"Bu cür davam edə bilməzdi" - Ayxan Abbasov danışdı
"Zirə" Rəşad Sadiqovu heyətdən kənarlaşdırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası