reklam
Fərid Məmmədov: “Artıq böyük futbol oynamağın vaxtıdır”
Sportfm.az xəbər saytı

Fərid Məmmədov: “Artıq böyük futbol oynamağın vaxtıdır”


Futbol mövsümünün ikinci hissəsi əvəzedicilərin Azərbaycan birinciliyi ilə start götürəcək.
 
Sportfm.az xəbər verir ki, "Kəpəz”in əvəzedici heyəti XV turda "İnter”in qonağı olacaq. Gənclər əsas komandalardan bir gün öncə meydana çıxacaqlar.
 
Gəncə klubunun əvəzedici heyətində öz oyunu ilə seçilənlərdən biri olan Fərid Məmmədov çempionatın ikinci yarısı üçün fikirlərini klubun rəsmi saytına bölüşüb: "Mən beş komanda yoldaşımla birlikdə qış hazırlığı müddətində təlim-məşq toplanışını əsas komandanın heyətində keçdik. Məşqlər ağır olsa da, biz futbolçular toplanışdan yaxşı şəkildə yararlanmağa çalışdıq. Bakıda keçirilən məşqlərin bizə köməyi çox olacaq. Əsas komandanın tərkibində məşq etməklə özümüzə inamı artırmışıq. Paytaxt toplanışı gənclərə çox şey verəcək və bunu çempionat oyunları açıq göstərəcək”. 
 
Gənc hücumçu məqsədindən də danışıb: "İlk iki dövrə arzuladığımız kimi keçmədi. Bu səbəbdən də mövsümün ikinci yarısında daha yaxşı nəticələr əldə etmək istəyirik. Əvəzedici heyətin üzərinə düşən iş əsas komanda üçün futbolçu yetişdirməkdir. Ona görə də hər bir gənc futbolçunun niyyəti əsas komandada çıxış etməkdir. Bununla belə öz yarışımızda nəticə qazanmağa da çalışırıq. Burada özümüzü yaxşı tərəfdən göstərə bilsək, Şahin Diniyevin diqqətini daha çox çəkə bilərik. Artıq böyük futbol oynamağın, geniş auditoriyanın qarşısına çıxmağın vaxtıdır”.

Oxşar xəbərlər

Şahin Diniyev əvəzedici heyətə "boylandı"
Emin Zamanov: “Şans qazanmaq üçün çox çalışmalıyam”
Tural Qürbətov: “Hər şey özümüzdən asılıdır”
"Kəpəz"in futbolçusu: "Fasilə müddətində boş oturmamışıq"
"Kəpəz"də 6 yeni futbolçu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər