İdman dırmanması üzrə açıq respublika çempionatı keçirilib
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı ilə “ClimBaku” İdman Dırmanma Mərkəzində boldrinq üzrə açıq respublika çempionatı keçirilib.
FAIREX-dən Sportfm.az saytına bildiriblər ki, təsnifat, yarımfinal və final mərhələlərindən ibarət yarışda müxtəlif regionları təmsil edən klubların üzvləri mübarizə aparıblar.
Yarışın birinci günündə hər iki kateqoriya üzrə təsnifat mərhələləri keçirilib. Bu mərhələləri müvəffəqiyyətlə keçən idmançılar finala vəsiqə qazanıblar. Yarışın ikinci günündə isə idmançılar yarımfinal və final mərhələlərində birincilik uğrunda mübarizəyə qoşulublar.
Çempionatda oğlanlar arasında Rinat Rəhimxanov birinci, Çingiz Tağızadə ikinci, Qiqa Canhoteli üçüncü yerə çıxıblar. Qızların mübarizəsində isə Nitsa Tvauri, Leyla Əhmədova və Sima Səfərova fəxri kürsüdə yer alıblar.
Komandalar üzrə keçirilən yarışda “Qafqaz”, “Gürcüstan”, “Gömrükçü” Dağçılıq İdman klubları müvafiq olaraq ilk üçlükdə qərarlaşıblar.
Qaliblər Gənclər və İdman Nazirliyinin diplomları, FAIREX-in medal və sertifikatları ilə təltif olunublar.
Oxşar xəbərlər
Azərbaycan çempionatına yekun vuruldu
Yeniyetmə şahmatçılar arasında qaliblər müəyyənləşdi - FOTO
Draytulinq üzrə ölkə çempionatı keçiriləcək
İdman dırmanması üzrə Şəki turnirinə yekun vuruldu
İdmançılar bu dəfə qayaya dırmandılar - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası