Azərbaycan çempionatına yekun vuruldu
Azərbaycan Taekvondo Federasiyasının, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən taekvondo üzrə respublika birinciliyi və çempionatına yekun vurulub.
Sportfm.az xəbər verir ki, ölkəmizdə taekvondonun təbliği və inkişaf etdirilməsi, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyan birincilik və çempionatda bütün bölgələrdən idmançılar mübarizə aparıblar.
Kişilərin yarışında Bəhruz Quluzadə, Qaşım Maqomedov, Qasım Aslanov, Cavad Ağayev, Ayxan Tağızadə, Məhəmməd Məmmədov və Ramin Əzizov, qadınların mübarizəsində isə Minayə Əkbərova, Patimat Abakarova, Leyla Məmmədova və Fəridə Əzizova birinci yerə çıxıblar.
Medalların sayına görə komandalar arasında fəxri kürsünün ilk pilləsinə “Gömrükçü” İdman Klubu yüksəlib. Sumqayıt komandası ikinci, “Marrin-Sport” üçüncü, “Neftçi” İdman Cəmiyyəti dördüncü, Respublika Uşaq-Gənclər İdman Məktəbi isə beşinci yerə layiq görülüb.
Ümumilikdə 760-dək yeniyetmə, gənc və böyük yaşlı taekvondoçunun iştirak etdiyi yarışlarda qaliblər diplom və medallarla təltif olunublar.
Oxşar xəbərlər
“Koreya səfiri” kubokunda 100-dən çox taekvondoçu qüvvəsini sınadı - FOTO
Taekvondo üzrə “Koreya səfiri kuboku” keçiriləcək
Abşeron Olimpiya İdman Kompleksində Bakı birinciliyi keçiriləcək
Taekvondo üzrə respublika çempionatına start verildi - FOTO
Ağcabədidə taekvondo üzrə beynəlxalq turnir keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı















Misli Premyer Liqası