İdmançılar bu dəfə qayaya dırmandılar - FOTO
Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Siyəzən rayonunun inzibati ərazisində yerləşən Beşbarmaq dağında qayayadırmanma üzrə açıq ölkə çempionatı keçirilib.
Sportfm.az xəbər verir ki, kişilər və qadınlar arasında üç mərhələdə keçirilən ümumrespublika yarışının qaliblərinə Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının kubok və medalları təqdim olunub.
Qeyd edək ki, FAIREX tərəfindən mütəmadi olaraq dağçılıq və ekstremal idman növləri üzrə keçirilən müxtəlif çempionatlar idmançıların daha çox təcrübə toplaması, yarış texnikalarının təkmilləşməsi, bu idman növlərinin populyarlaşdırılması, dağ idman növləri üzrə idman dərəcələrinin verilməsini stimullaşdırmaq və milli dağçılıq ənənələrinin inkişafına nail olmaq məqsədi daşıyır.(azərtac)
Oxşar xəbərlər
Bir neçə federasiya statusu dayandırıldı - Gənclər və İdman Nazirliyinin qərarı
Draytulinq üzrə ölkə çempionatı keçiriləcək
İdman dırmanması üzrə Şəki turnirinə yekun vuruldu
İdman dırmanması üzrə açıq respublika çempionatı keçirilib
Ölkəmiz BDF-in İranda keçirilən Baş Assambleyasında təmsil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası