reklam
FİFA və Peşəkar Futbolçular Birliyi anlaşma imzaladı
Sportfm.az xəbər saytı

FİFA və Peşəkar Futbolçular Birliyi anlaşma imzaladı


FİFA və Peşəkar Futbolçular Birliyi (FİFPro) arasında daha səmərəli fəaliyyət məqsədilə 6 illik anlaşma imzalanıb.

Sportfm.az xəbər verir ki, bu anlaşma transfer sisteminin yaxşılaşdırılması, futbolçuların fərdi məşqlərə məcbur edilməsi, futbolçu və klublar arasında yaranan konfliktlərin həllini sürətləndirməyə kömək edəcək. Belə ki, məvacibi 2 ay gecikən futbolçuların azad agentə çevrilməsi və onların əsassız şəkildə komandanın məşqlərindən kənarlaşdırılmasına qadağa müzakirə olunacaq. FİFPro 2015-ci ildə FİFA-ya transfer sistemi ilə bağlı məhkəmə şikayətini də geri götürüb.

"Bu gün peşəkar futbol idarəçiliyinin inkişafı üçün önəmli dönüş nöqtəsidir. Transfer sisteminin nəzərdən keçirilməsi üçün icra olunacaq iş birliyini görməyi səbirsizliklə gözləyirəm" - qurumun prezidenti Canni İnfantino bildirib.

Oxşar xəbərlər

Elxan Məmmədov Canni İnfantino ilə görüşdü
FIFA-ya maddi yardım üçün müraciət etdilər - 441 futbolçu
Müflis olan futbolçularla bağlı qərar
FIFA yeni fond yaradacaq - Maaşsız futbolçu qalmayacaq
Rövnəq Abdullayev İnfantino ilə görüşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər